
Home / Stay Informed /
EU4Digital İKT və innovasiyalar sahəsində hansı işləri görür?
Date: 24/04/20
EU4Digital İKT və innovasiyalar sahəsində beş fəaliyyət xəttinə malikdir:
- Aİ-nin yanaşma və qabaqcıl təcrübələrinə əsaslanaraq Şərq Qonşuluğu regionunda İKT və innovasiyalar sahəsinin inkişafını növbəti mərhələyə aparacaq əlverişli qanunvericilik bazasının yaradılmasının təşviqi. Təşəbbüsün I mərhələsində bu işlər Şərq Tərəfdaşlığı ölkələrində prioritet olaraq qəbul edilən beş siyasət sahəsi üzrə həyata keçirilib və buraya həyata keçirilməsi üçün ölkə üzrə maraqlı tərəflərə təqdim olunan hər bir konkret ölkə üzrə siyasətə dair tövsiyələr və fəaliyyət planları daxildir. II mərhələdə Aİ-nin təcrübələrinə uyğun olaraq regionda inkişaf etməkdə olan spesifik texnologiyaların (məs, Avropa süni intellekt üzrə qanunvericilik bazası) istifadəsinə imkan yaradacaq siyasətə dair tövsiyələr hazırlayırıq.
- Region daxilində və Aİ-nin əsas şəbəkə və təşkilatları ilə innovasiyalar ekosistemi iştirakçıları arasında şəbəkələrin qurulmasının təşviqi. Bu məqsədyönlü tədbirlər, tanışlıq xarakteri daşıyan səfərlər və startap və innovasiyalara dair forumlar vasitəsilə, o cümlədən İKT və innovasiyalar tematik sahəsindəki digər fəaliyyətlər ilə sinerji formatında həyata keçirilir.
- Şərq Tərəfdaşlığı ölkələrindəki maraqlı tərəflər, eləcə də Aİ-dən olan investorların artmaqda olan istifadəsinə şərait yaratmaq üçün ŞT Startaplar ekosistemi platformasının təşviqi.
- İKT və innovasiyalar sahəsinin inkişafının əhəmiyyətinə dair məlumatlılığı artırmaq üçün Şərq Tərəfdaşlığı ölkələrində təbliğat kampaniyalarının həyata keçirilməsi və İKT və innovasiyalar sahəsində qadınların iştirakının artırılması.
- Təşəbbüsün I mərhələsində EU4Digital “Şərq Tərəfdaşlığı ölkələrində Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüs (DİSC) ilə bağlı bazarın qiymətləndirilməsini” həyata keçirib. EU4Digital həmçinin İKT sahəsi üzrə sahibkarlıq ekosisteminin inkişafı üzrə bələdçi hazırlayıb və buraya ekosistemin vəziyyətinin qiymətləndirilməsi və hər bir ölkə üzrə tövsiyələr daxildir. Təşəbbüsün I mərhələsində müəyyən edilmiş boşluqlar, ekosistemin səmərəli fəaliyyətinə mane olan boşluqları təfərrüatı ilə müəyyən etmək üçün II mərhələdə davam edən hərtərəfli araşdırmalara yol açıb. Yüksək fəaliyyət göstəricilərinə malik inkubasiya imkanlarının genişləndirilməsi üçün ətraflı tövsiyələrin işlənib hazırlanmasından sonra EU4Digital proqramı inkubasiya üzrə dəstək prosesində boşluqların aradan qaldırılmasına yönəlmiş xüsusi regional proqramın israsını dəstəkləyir. EU4Digital həmçinin Şərq Tərəfdaşlığı ölkələrində innovasiya klasterlərinin inkişafı üçün vahid çərçivə hazırlamağı və tövsiyələrini təqdim etməyi planlaşdırır.
- İKT-nin innovativ inkişafı