
Home / Stay Informed /
Elektron səhiyyə ümumiyyətlə nədir? Mən həkimin tətbiq ilə əvəz edilməsini istəmirəm…
Date: 22/04/20
Ümumdünya Səhiyyə Təşkilatı elektron səhiyyəni sadə şəkildə “səhiyyə sahəsində informasiya və kommunikasiya texnologiyalarının istifadəsi” kimi xarakterizə etmişdir. Əlbəttə, səhiyyə sahəsində çalışan mütəxəssislər yaxın gələcəkdə texnologiya ilə əvəz edilməyəcək, amma informasiya texnologiyalarının tətbiqi həkimlərin gündəlik işlərini yüngülləşdirə bilər.
Elektron səhiyyənin məqsədi, düzgün zamanda və düzgün yerdə xəstələrin sağlamlığı haqqında məlumatlara çıxış imkanı təmin etmək və bununla da səhiyyədə daha yaxşı nəticələrin əldə olunması üçün səhiyyə xidmətlərinin davamlılığını və keyfiyyətini təmin etməkdir.
Elektron səhiyyə sistemləri aşağıdakılara imkan verir:
- səhiyyə sahəsində çalışan mütəxəssislər diqqətlərini blank doldurmaqdan çox xəstələrə ayırır;
- onlayn qeydiyyatın aktivləşdirilməsi ilə xəstələrin gözləmə vaxtı qısalır;
- əczaçılar reseptləri asanlıqla təsdiqləyə və elektron resept (eP) xidmətlərindən istifadə etməklə inzibati protokol yükünü minimuma endirə bilərlər.
Əslində, elektron səhiyyə, müxtəlif səhiyyə müəssisələri arasında əməkdaşlığı asanlaşdıran və xəstələr ilə qarşılıqlı əlaqələrin yeni formalarını təmin edən, o cümlədən vacib məlumatların paylaşılmasına imkan verməklə səhiyyə xidmətləri göstərməyin yeni yollarını təqdim edir.
Bunun əsasını Elektron sağlamlıq kartı (ESK) təşkil edir. Bu kart, bir-birini qarşılıqlı əvəz edən ESK xidmətləri vasitəsilə əlçatan vahid, hər bir şəxs üçün unikal ESK təmin etmək üçün, müxtəlif səhiyyə təminatçılarından toplanan tibbi qulluğa dair hadisə və məlumatlardan ibarətdir.
S
əhiyyə sistemində çalışan mütəxəssislər və xəstələrin vaxtına qənaət etməklə sənədlərin mübadiləsi və məlumatların yaradılması, saxlanılması və paylaşılması ilə kliniki prosedurların kopyalanmasının qarşısını almağa imkan verən elektron səhiyyəyə dair texnoloji həllər çoxlu sayda faydaları ilə seçilir. İnsanların sağlamlığına dair məlumatların əlçatan olması gələcək problemləri müəyyənləşdirməklə xəstəliklərin qarşısının alınmasına dair siyasətləri dəstəkləyir, o cümlədən insanların sağlamlığına dair məlumatları təhlil edir və innovasiyalara kömək edir. Bu sistem həm də şəffaflığı təşviq edir, çünki səhiyyə sistemi iştirakçılarının fəaliyyətləri qeydə alınır və müvafiq proseslərə riayət olunmanı təmin etmək üçün təhlükəsizlik yoxlamaları tətbiq edilir.
- Elektron səhiyyə