Transsərhəd elektron ticarətə dair pilot layihə nədir? Hansı ölkələr iştirak edir və hansı işlər görülür? Gələcək illərdə onun faydalarının bütün ölkələrə geniş yayılacağını gözləmək olarmı?

  • Tarix: 24/04/20
  • Paylaş:

Pilot layihənin fəaliyyətinin məqsədi elektron çatdırılma ilə bağlı texnoloji həlldən istifadə edərək bir neçə dövlət və özəl qurum arasında məlumat mübadiləsini sınaqdan keçirməkdir. Bu elektron məlumatların və sənədlərin etibarlı mübadilə kanalıdır. Məqsəd belə bir məlumat mübadiləsinin aşağıdakılar nəzərə alınmaqla tam funksionallığa malik ola biləcəyini yoxlamaqdır:

  • Texniki. Uzlaşmanın əldə oluna biləcəyini və texnoloji həllin transsərhəd səviyyəsində istifadəsi istiqamətində texniki maneələrin olub-olmadığını sınaqdan keçirmək. 
  • Hüquqi. Texnoloji həllin hüquqi baxımdan tam şəkildə istifadəsinə imkan yaratmaq məqsədilə milli qanunvericilikdə lazımi dəyişiklikləri müəyyən etmək üçün ilkin olaraq hüquqi mühitin yoxlanılması həyata keçiriləcək. 
  • Təşkilati. Həllin həm milli, həm də transsərhəd səviyyədə tam fəaliyyətini təmin etmək üçün məsul qurumları və tələb olunan təşkilati/institusional dəyişiklikləri müəyyən etmək. 

Pilot layihə başa çatdıqdan sonra EU4Digital proqramı geniş miqyaslı texnoloji həlli həyata keçirmək və tam işlək, eləcə də qanuni cəhətdən məsuliyyətə cəlb edən vəziyyətə gətirmək üçün yuxarıda adı çəkilən sahələrdə lazımi dəyişikliklər üçün tövsiyələr hazırlayıb.

Elektron çatdırılma üzrə iki pilot layihə həyata keçirilib. Biri Şərq Tərəfdaşlığı ölkəsi ilə Aİ-yə üzv ölkə arasında (Ukrayna və Polşa) və digəri iki Şərq Tərəfdaşlığı ölkəsi arasında (Ermənistan və Ukrayna). Elektron çatdırılma üzrə texnoloji həllin Ukraynada necə sınaqdan keçirildiyini öyrənin: Kağız zəncirinin aradan qaldırılması: Aİ Ukraynada ticarətə rəqəmsal cığır açır

Tərəfdaş ölkələrin nümayəndələrinin öz ölkələrində məlumatlı qərarlar qəbul etməsinə dəstək verəcək pilot layihələr ilə tanış olması üçün virtual səfərlər təşkil edilib.