
Home / Stay Informed /
Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs nədir və bölgədəki innovasiyalara necə kömək edə bilər?
Date: 24/04/20
Rəqəmsal innovasiyalarda sərmayələr ilə əlaqədar boşluqların aradan qaldırılmasına və regionda rəqəmsallaşdırma sahəsində çalışan startapların miqyasının genişləndirilməsinə dəstək verməyə yönəlmiş Rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs (DISC) ilk dəfə Mərkəzi, Şərqi və Cənub-şərqi Avropada icra olunmağa başlayıb.
Bu yanaşmalara əsaslanaraq Avropa Komissiyası Şərqi tərəfdaş ölkələrində oxşar təşəbbüsə ehtiyacı və onun icrasının mümkünlüyünü qiymətləndirməyi planlaşdırır. Bu məqsədlərə nail olmaq üçün EU4Digital proqramı “Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiya və miqyasın artırılmasına dair təşəbbüs üzrə bazarın qiymətləndirilməsi (DISC tədqiqatı)” adlı yeni fəaliyyətinin icrasına başlamışdır.
Bazarın qiymətləndirilməsi sayəsində Avropa Komissiyası sərmayə qoyuluşunda boşluqları müəyyənləşdirə biləcək. Bu qiymətləndirmə eyni zamanda Şərqi tərəfdaş ölkələrində yüksək texnologiya sahəsində çalışan yerli startaplara və böyüməkdə olan şirkətlərə, onların maliyyəyə çıxışına və region daxilində inkişafına dəstək vermək məqsədilə DİSC təşəbbüsünə (xüsusi Aİ maliyyə dəstəyi mexanizmi) oxşar təşəbbüslərin hazırlanması üçün baza rolunu oynayacaq.
- İKT-nin innovativ inkişafı