Şəbəkə fəaliyyəti, bağlantıların qurulması və elektron ticarətdə tendensiyalar və fəaliyyətlərə dair məlumatların mübadiləsinə deyilir. EU4Digital elektron ticarət sahəsində bir çox fəaliyyətlərə və ölkələrarası əməkdaşlıq tələb edən pilot layihələrə malikdir. Buna görə də məlumat mübadiləsi elektron ticarətə dair mövzularda məlumatlılığı artırmaq, islahatların həyata keçirilməsini stimullaşdırmaq və beynəlxalq maraqlı tərəflər arasında fəaliyyətləri uyğunlaşdırmaq üçün çox vacibdir.
Beynəlxalq şəbəkə fəaliyyətlərinə pilot texnoloji həlləri müşahidə etmək, öyrənmək və müzakirə etmək üçün tanışlıq məqsədi daşıyan səfərlər, Şərqi tərəfdaş ölkələrindən kənarda mövcud texnoloji həllər və qabaqcıl təcrübələri öyrənmək üçün tanışlıq məqsədi daşıyan səfərlər, həmçinin elektron ticarət sahəsində əlaqələr və tendensiyalara dair məlumat mübadiləsi daxildir. Bu tədbirlər qanunvericilər, investorlar, rəqəmsal texnologiya təminatçıları, xidmət təminatçıları, elmi-tədqiqat və inkişaf mərkəzləri, təhsil ocaqları, banklar, sığorta şirkətləri, hökumət, qurumları və elektron ticarətin digər maraqlı tərəfləri üçün nəzərdə tutulmuşdur. Son zamanlar Şəbəkə fəaliyyəti tərəfindən təşviq olunan tədbirlərə Rəqəmsal nəqliyyat günləri (DTD), SEED sistemi ilə yerində tanışlıq, Avropada elektron çatdırılma (eDelivery) ilə yerində tanışlıq və s. daxildir.