Regionda elektron səhiyyə sistemləri beş ildən sonra necə ola bilər? EU4Digital bu sahənin inkişafına necə kömək edəcək?

  • Tarix: 22/04/20
  • Paylaş:

Gələcəyin səhiyyə xidmətini xəstələrin bir xidmət təchizatçısından digərinə, bir ölkədən digərinə maneəsiz yerdəyişməsi, o cümlədən səhiyyə təminatının davamlılığı və səhiyyə sistemində daha yaxşı nəticələrin əldə olunması üçün əsaslı qərarların qəbul edilməsi kimi təsəvvür etmək olar. Transsərhəd elektron səhiyyə infrastrukturu, istənilən vətəndaşa xarici ölkədə yerləşən yerli aptekdən reseptdə göstərilən dərman preparatını almaq üçün xaricə səyahət etməyə imkan yaradacaq. Xəstələrə aid qısa məlumatların paylaşılması həkimlərə xəstələrin xəstəlik tarixçəsini başa düşməyə və dərman preparatlarının təyinində səhvlərə yol verməməyə kömək edəcək. Əlavə olaraq tibbi turizm sənayesinin inkişafı vətəndaşlara daha yüksək keyfiyyətli tibbi xidmətdən yararlanmaq və xərcləri azaltmaq şansı verəcək.

EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin məqsədi, Şərqi tərəfdaş ölkələrində yalnız ümumi razılığın əldə olunduğu və əməkdaşlığın qurulduğu təqdirdə mümkün olan transsərhəd tibbi xidmətin inkişafına dəstək vermək məqsədilə standartlar və təlimatlar hazırlamaqdır. Bunu reallaşdırmaq üçün isə şəbəkənin işçi heyəti Şərqi tərəfdaş ölkələrində elektron səhiyyə sahəsinin cari vəziyyətini təhlil edərək hər bir ölkənin çətinlik və prioritetlərini müəyyən etmişdir. Təlimatlar toplusu isə regionda transsərhəd elektron resept və xəstəyə aid qısa məlumat xidmətinin yaradılmasında baza rolunu oynayacaq.

Biz region üçün gələcək fəaliyyətlər və elektron səhiyyə sahəsində gələcək müsbət dəyişikliklər üçün aparıcı qüvvə olaraq tövsiyə olunan dörd istiqamət müəyyən etmişik:

  1. Hərtərəfli və təsirli rəqəmsal səhiyyə strategiyasının müəyyənləşdirilməsi.
  2. Sağlam maliyyə malik və özünü təsdiq edən modelin hazırlanması.
  3. Rəqəmsal səhiyyə sahəsində idarəçiliyin təsis edilməsi və tətbiqi.
  4. Rəqəmsal səhiyyə arxitekturasının inkişafı və idarə edilməsi.