Regionda elektron ticarət beş ildən sonra necə ola bilər? EU4Digital bu sahənin inkişafına necə kömək edəcək?

  • Tarix: 24/04/20
  • Paylaş:

EU4Digital təşəbbüsünün məqsədi, müxtəlif ölkələrin müəssisələri və dövlət orqanları arasında çap sənədsiz, avtomatik və vahid elektron ticarətin (ticarət prosesləri, rabitə, qanunvericilik və standartlar baxımından) qurulması üçün bu sahənin uzlaşdırılmasını dəstəkləməkdir. Bu gələcək planlar istiqamətində irəliləmək üçün EU4Digital problemlərin təhlilini və identifikasiyasını asanlaşdırır, tərəfdaşları əlaqələndirir, həll yollarını sınaqdan keçirir və tövsiyələr verir.

Elektron ticarət sahəsində ən yaxşı halda hadisələr aşağıdakı kimi inkişaf edə bilər:

İsveçin Stokholm şəhərində bir müəssisə ilə Ukraynanın Odessa şəhərində yerləşən bir müəssisə ticarətə dair razılığa gəlir. Sözügedən hər iki müəssisənin arasında əlaqə, EU4Digital tərəfindən elektron ticarət üzrə təşkil olunan bir tədbirdən sonra yaranıb. Mallar onlayn elektron kommersiya mağazası vasitəsi ilə seçilib, sənədlər mübadilə edilib və kompüter şəbəkələri vasitəsilə imzalanıb. Hər hansı çap sənədsiz müqavilələr bağlanıb və fakturalar ödənilib. Bu sənədlərin idarə edilməsi tez və asan həyata keçirilib, çünki qanunvericilik və texniki standartlar uyğunlaşdırılıb. Bu isə o deməkdir ki, prosesdə müəssisələrin bilmədiyi və ya işləmədiyi əlavə sənədlər olmayıb.

Müəssisələr, satın alınan malların İsveçdə (gediş ölkəsi) yüklənməsi, Baltik dənizi ilə daşınması və Litvanın Klaypeda limanında (tranzit ölkə) yük maşınına yüklənməsinə dair razılığa gəliblər. Sonra yük maşını malları Ukraynanın Odessa (təyinat ölkəsi) şəhərinə çatdıracaq.

Mallar İsveçdə yüklənən zaman müəssisə gömrük sənədlərini elektron formada təqdim edir. Yəni, mallar sərhədə çatmamışdan əvvəl sənədlər təqdim edilir. Gömrük orqanı sənədləri əvvəlcədən yoxlaya və riskləri qiymətləndirə bilir. Gömrük orqanlarının İsveç və digər tranzit və təyinat ölkələri ilə əməkdaşlığı asanlıqla baş turur, çünki proseslər (məsələn, lazımi sənədlər, formatlar) və rabitə sistemləri uyğunlaşdırılıb. Bu, gömrük əməliyyatlarını sürətli və təhlükəsiz edir. Əməliyyatı həyata keçirən nəqliyyat vasitəsinə gömrük orqanlarının nəzərindən qaçan qanunsuz heç nə daxil ola bilməz.

Mallar İsveçdə dəniz nəqliyyatından istifadə edilərək göndərilir. Mallar Litvadakı limana çatdıqdan sonra cəld və asanlıqla başqa bir nəqliyyat vasitəsinə keçirilir. Çünki Baltik dənizindən Qara dənizə qədər rəqəmsal nəqliyyat dəhlizi mövcuddur. Ticarət tərəfdaşları üçün bu sənədlərin dərhal mübadiləsi və nəticədə yoxlama və təsdiqləmə proseslərinin sürətli həyata keçirilməsi deməkdir.

Yük maşını sərhədə çatanda yola davam etmək üçün gecikmələr olmur. Gömrük əməliyyatları başlanğıcda qaydasına salındığı üçün səlahiyyətlilər yalnız malların möhürləndiyini yoxlayırlar. Yük maşını yoluna davam edir.

Nəhayət, yük maşını Ukraynanın Odessa şəhərinə çatır. Mallar açılır və yoxlanılır. Malların uğurla çatdırılması elektron sənədlə təsdiqlənir ki, İsveçdəki müəssisə çatdırılmanı asanlıqla izləyə bilsin.

Hər iki müəssisə növbəti əməkdaşlığı səbrsizliklə gözləyir.