“EaP Connect” layihəsi kibertəhlükəsizliyə dair seminar keçirir

  • Tarix: 02/09/20 – 03/09/20
  • Paylaş:

2018-ci ilin iyunun 27-si və 28-də Berlində keçirilən EaPConnect layihəsinin kibertəhlükəsizliyə dair ilk seminarının müsbət nəticələrinə əsaslanaraq bu ilin 2-3 sentyabr tarixlərində Tbilisidə keçiriləcək ikinci seminar kibertəhlükəsizliyin daha çox texniki sahələrini əhatə edəcək. Tədbirin yerli təşkilatçısı olan Gürcüstanın Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası (GRENA), eləcə də ŞT və Aİ-də fəaliyyət göstərən təşkilatların nümayəndələri kibertəhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verəcəklər. Müzakirələr zamanı mövzunun hərtərəfli tədqiq edilməsi planlaşdırılır.

Kibertəhlükəsizliyin Şərq Tərəfdaşlığı (ŞT) ölkələri kimi sərhəd ölkələr üçün çox böyük əhəmiyyəti var. Seminarda Aİ tərəfindən maliyyələşdirilən CyberSec4Europe, GN4-3 və GÉANT layihələri çərçivəsində həyata keçirilən fəaliyyətlərin təqdimatı keçiriləcək. Eyni zamanda ŞT regionunun ehtiyacları araşdırılaraq ŞT-də fəaliyyət göstərən təşkilatların adı çəkilən fəaliyyətlərə cəlb olunması yolları müzakirə ediləcək. Seminarda kibertəhlükəsizlik sahəsi üzrə texniki təhsili olan və kibertəhlükəsizliyə dair GN4-3 iş paketinin təfərrüatlarını müzakirə edə biləcək təxminən 25 nəfər şəxsin iştirakı nəzərdə tutulub. EaPConnect layihəsinin tərəfdaşları tədbirdə iştirak etmək üçün maliyyə dəstəyi üçün müraciət edə bilərlər. Digər maraqlı tərəflər xərcləri

öz hesablarına qarşılamaqla tədbirdə iştirak edə bilərlər.

EaPConnect layihəsinin məqsədi Aİ-nin Şərqi tərəfdaş ölkələri – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada regional tədqiqatlar və təhsil şəbəkələrinin yaradılmasıdır. Layihə ümumilikdə rəqəmsal sahədə qeyri-bərabərliyin azaldılmasına, regionlararası bağlantının yaxşılaşdırılmasına və yerli alimlərin, tələbələrin və təhsil işçilərinin tədqiqat və təhsil sahəsindəki qlobal əməkdaşlıqlarda iştirakına şəraitin yaradılmasına yönəlmişdir.

Tədbirin təfərrüatları və gündəliyi

Qeydiyyat