Fevral ayının 18-i və 19-da Moldovanın Elektron hökumət üzrə agentliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə əməkdaşlıq çərçivəsində digər Şərq Tərəfdaşlığı (ŞT) ölkələri (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna) nümayəndələrinin bu ölkəyə səfərini təşkil edib. Tanışlıq xarakteri daşıyan səfərin mövzusu “Moldovanın dövlət idarəçiliyinin elektron transformasiyası və dövlət xidmətlərinin müasirləşdirilməsi: yeni növ hökumətin formalaşdırılmasında bələdçi” olmuşdur.
Sözügedən səfərdə beş ölkədən 30-a yaxın iştirakçı, milli elektron hökumət qurumlarının nümayəndələri və dövlət xidmətlərinin müasirləşdirilməsi və hökumətin elektron transformasiyası üzrə layihələrin icraçı tərəfdaşları iştirak ediblər.
Səfərin məqsədi, hökumətin elektron transformasiyası və bütün səviyyələrdə dövlət xidmətlərinin müasirləşdirilməsini təmin etmək məqsədilə Moldova Respublikasının dəyişikliyə səbəb olacaq təsir gücünə malik proqramları həyata keçirmək təcrübəsi və texniki, təşkilati və metodoloji çərçivələrdə əldə olunan nəticələr barədə dəyərli məlumatları bölüşmək olub.
Milli elektron hökumətin transformasiyası proqramı çərçivəsində həyata keçirilən elektron hökumət infrastrukturunun tam spektrinin təqdimatı ilə yanaşı, Dünya Bankının maliyyə dəstəyi ilə 2018-ci ilin iyununda icra olunmağa başlanan “Hökumət xidmətlərinin müasirləşdirilməsi layihəsi, Milli Sosial Sığorta Evi, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Xidməti, Maliyyə Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzi, Daxili İşlər Nazirliyinin İnformasiya Texnologiyaları Xidməti və Milli İnteqrasiya Təşkilatı daxil olmaqla, bir sıra digər dövlət qurumları tərəfindən paylaşılmış və bu sahədə əldə olunan təcrübə və nəticələrə dair fikir mübadiləsi aparılıb.