Sentyabrın 29-da Xorvatiyanın Dubrovnik şəhərində keçirilən BEREC-EaPeReg-EMERG-Regulatel Sammiti çərçivəsində Şərq Tərəfdaşlığı Elektron Rabitə Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) nümayəndələri Avropa Elektron Rabitə Tənzimləyiciləri Şurasından (BEREC) olan həmkarları ilə görüşüb. Görüş zamanı tərəflər ümumi maraq kəsb edən bəzi məsələləri müzakirə ediblər.
Görüşdə müzakirə olunan məsələlər arasında aşağıdakılar olub:
- Radiotezlik spektrinin idarə edilməsi (5G strategiyalarına/pilot layihələrlə bağlı tədqiqata dair Aİ təcrübəsinin paylaşılması, 5G dəhlizlərinin tətbiqi və s.)
- Beynəlxalq rouminq və yekun tariflərin (MTR, IMTR) tənzimlənməsi (BEREC-in Aİ-ŞT rouminq tədqiqatına töhfəsi və onun tövsiyələrinin icrası, REWG üçün rouminqə dair məlumatların toplanması ilə bağlı praktiki təlim və s.)
- Milli tənzimləyici orqanların müstəqilliyi (Aİ prinsiplərinin ardıcıl həyata keçirilməsində BEREC-in dəstəyi, NGA/VHCN şəbəkəsinin və genişzolaqlı rabitənin yerləşdirilməsi və təşviqi).
- Bazarın təhlili.
Daimi görüşlərin keçirilməsi, Aİ-nin qabaqcıl təcrübələrinin təmin edilməsi, strategiyaların və iş planlarının hazırlanması zamanı tərəflərə məsləhət vermək kimi təşkilati məsələlər də müzakirə edilib.