EaPConnect layihəsinin Elektron səhiyyənin əsas parametrlərinə dair iclası

  • Tarix: 27/01/21 – 27/01/21
  • Paylaş:

COVID-19 pandemiyasından əvvəl də, onlayn fəaliyyətə keçid səhiyyə sistemi və tibb daxil olmaqla, cəmiyyətin daha geniş sahələrində baş verirdi. Bir neçə milli tədqiqat və təhsil şəbəkəsi (MTTŞ-lar) Elektron səhiyyə üzrə layihələri dəstəkləyir və ya müştərilərinə Elektron səhiyyə ilə əlaqəli xidmətlər təklif etməkdədir. Elektron səhiyyə sahəsində hansı mövzuların milli tədqiqat və təhsil şəbəkələri ilə əlaqəli olduğunu və ümumi maraq kəsb etdiyini tədqiq etmək üçün Aİ tərəfindən maliyyələşdirilən EU4Digital, EaPConnect və GÉANT layihələri, 2021-ci il 27 yanvar 10:00-15:00 radələrində (Mərkəzi Avropa vaxtı ilə) onlayn seminar təşkil edir. Qeydiyyata artıq başlanıb.

Əsas parametrlərə həsr olunan iclasda iştirakçılar milli tədqiqat və təhsil şəbəkələrinin Elektron səhiyyə sahəsi üzrə mövcud təcrübələri və gələcəkdə planlaşdırılan və ya gözlənilən səyləri ilə tanış olacaqlar.

İclasda üç əsas məsələ diqqət mərkəzində olacaq:

  • Elektron səhiyyə ilə əlaqəli hansı mövzular MTTŞ-ların fəaliyyət sahəsinə uyğundur (ilk növbədə şəbəkə, kibertəhlükəsizlik, etimad və identifikasiya sahələrində).
  • Hansı mövzular artıq geniş əhatə olunub?
  • Daha yaxşı tədqiq olunacaq hər hansı boşluqlar varmı? 

Siyahının hazırlanması işinin nəticələrinə və iştirakçıların marağına əsasən iclasda mümkün növbəti addımlar müzakirə ediləcək. Bu iclas interaktiv formatda hazırlanıb və bütün maraqlı MTTŞ-lar dəvətlidir.

Elektron səhiyyənin əsas parametrlərinə həsr olunan iclas üç əsas sessiyadan ibarət olacaq:

  1. Vahid məkanın yaradılması: cari vəziyyətə baxış
  2. Elektron səhiyyə sistemində ortaq problemlər – panel sessiya
  3. Qabaqcıl təcrübə mübadiləsi və gələcək planlar

Daha çox öyrən

EU4Digital və EaPConnect layihəsi 2021-ci il 27 yanvar tarixində MTTŞ-ların fəaliyyət sahəsinə uyğun və ümumi maraq kəsb edə biləcək Elektron səhiyyəyə dair mövzuları tədqiq etmək üçün onlayn seminar təşkil edir.