

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
Şərq Tərəfdaşlığında tədqiqat və təhsilə dəstək məqsədi daşıyan keçmiş uğurlara əsaslanaraq EaPConnect layihəsinin ikinci fazası icra olunmağa başladı
Tarix: 01/07/20
Şərq Tərəfdaşlığı “Connect” layihəsi (EaPConnect) 2020-ci il iyul ayının 1-dən ikinci fazasına qədəm qoyur. “GÉANT” Assosiasiyası tərəfindən koordinasiya olunan və Aİ tərəfindən maliyyələşdirilən 60 aylıq “EU4Digital: Tədqiqat və Təhsil İcmalarının Əlaqələndirilməsi” layihəsi (EaPConnect2) Aİ və Şərqi Tərəfdaş ölkələrindən olan tədqiqat və təhsil icmalarını bir araya gətirəcək və rəqəmsal sahədə qeyri-bərabərliyi azaldacaq.
Yeni layihə GÉANT şəbəkəsinin fəaliyyəti, xidmətləri və şəbəkələri ilə daha sıx inteqrasiya, eləcə də Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada tədqiqat və təhsil sahələrinə və daha geniş ictimaiyyətə faydalar təmin edən ilk EaPConnect layihəsinin nailiyyətlərinə əsaslanacaq.
- GÉANT ilə əməkdaşlıq çərçivəsində baş tutan satınalmalar sayəsində internet bağlantısının qiyməti Belarus və Ukraynada təxminən 60%, Ermənistan, Azərbaycan və Gürcüstanda isə təxminən 80% aşağı salınmışdır.
- İlk layihənin icra olunmağa başladığı dövr ilə müqayisədə hazırda GÉANT adlı ümumavropa tədqiqat və təhsil şəbəkəsi ilə Gürcüstan, Azərbaycan, Moldova, Ukrayna və Belarus arasında internet bağlantısının həcmi on qat daha güclüdür, Ermənistan ilə isə təxminən 7 qat daha güclüdür.
- Layihəyə qoşulmuş qurumların sayı Gürcüstanda (17%), Ermənistanda (26%) və Azərbaycanda (58%) olmaqla əhəmiyyətli dərəcədə artmışdır və təxminən 800 min tələbə, tədqiqatçı və universitet, tədqiqat institutları və layihəyə qoşulmuş digər qurumların işçi heyəti EaPConnect layihəsinin tərəfdaş şəbəkələri və xidmətlərindən istifadə etmək imkanına malikdir.
- Yüksək enerji fizikası, seysmologiya, iqlimşünaslıq, biotibbi elmlər və nitq sintezi və tanınması kimi müxtəlif sahələrdən olan tədqiqatçılar təqdim olunan şəbəkələrdən və artan xidmətlərdən istifadə ediblər.
- Təqribən 530 nəfərin iştirak etdiyi dörd “EaPEC” konfransında və təxminən 500 iştirakçıya görüşmək və birlikdə öyrənmək imkanı qazandıran 30 təlim və seminar vasitəsilə layihə insanlar arasında əlaqələr yaradıb və ya mövcud əlaqələri gücləndirib.
İkinci EaPConnect layihəsi, transsərhəd elmi mübadiləni gücləndirmək üçün şəbəkənin infrastrukturunu genişləndirəcək, EaPConnect çərçivəsində həyata keçirilən xidmətlərdən istifadəni artıracaq və elmi-tədqiqat sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün yeni xidmətlər təklif edəcək, eyni zamanda yerli elmi-tədqiqat ekosistemlərində ŞT (MTTŞ) milli tədqiqat və təhsil şəbəkələrinin mövqelərini gücləndirəcək.
Maliyyələşmə və tərəfdaşlar
Layihə Avropa İttifaqının EU4Digital təşəbbüsü çərçivəsində maliyyələşdirilir. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktoratı (DG NEAR) ikinci EaPConnect layihəsini maliyyələşdirir və xərclərin 95%-ni (10 milyon avro) öz üzərinə götürür; qalan 5%-i isə altı benefisiar ölkə tərəfindən maliyyələşdirilir.
İkinci EaPConnect layihəsinin benefisiar tərəfdaşları bunlardır: IIAP NAS RA (Ermənistan), IIT of ANAS (Azərbaycan), UIIP NASB (Belarus), GRENA (Gürcüstan), RENAM (Moldova) və URAN (Ukrayna). Həm-benefesiar tərəfdaşlar isə bunlardır: DFN (Almaniya), EENet of HITSA (Estoniya), LITNET (Litva), GRNET (Yunanıstan), GARR (İtaliya), PSNC (Polşa), RoEduNet (Rumıniya) və SURF (Niderland). Layihənin məqsədlərinə çatmaq və Şərq Tərəfdaşlığı regionunda tədqiqat və təhsil şəbəkələrinin dayanıqlığını təmin etmək üçün tərəfdaşlar aşağıdakı konfranslarda, seminarlarda, mentorluq proqramlarında və digər birgə tədbirlərdə birlikdə çalışacaqlar.
“İşimizi yeni səviyyəyə çatdırmaq və Aİ ilə Şərq Tərəfdaşlığı, eləcə də regiondakı cəmiyyət və tədqiqat və təhsil icmaları üçün əlavə fayda təmin etmək üçün bütün tərəfdaşlarla işləməyi səbirsizliklə gözləyirəm”. Bunu EaPConnect layihəsinin rəhbəri Veronika Di Luna (GEANT) deyib.
Əlavə məlumatEU4Digital təşəbbüsünün məqsədi, Avropa İttifaqının Vahid Rəqəmsal Bazarını Şərqi tərəfdaş
dövlətlərə qədər genişləndirmək və iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, insanların yaşayış şəraitlərini yaxşılaşdırmaq və müəssisələrə kömək etmək məqsədilə rəqəmsal iqtisadiyyatın və cəmiyyətin potensialını inkişaf etdirməkdir. Aİ, EU4Digital vasitəsilə rouminq tariflərinin azaldılması, iqtisadiyyatların gücləndirilməsi və elektron xidmətlərin genişləndirilməsi üçün yüksək sürətli genişzolaqlı rabitənin inkişafı, logistika sahəsindən tutmuş səhiyyəyə qədər cəmiyyətin müxtəlif sahələrində rəqəmsallaşdırma proseslərinin uyğunlaşdırılması, kibertəhlükəsizliyin qurulması, bacarıqların inkişafı və rəqəmsal sənaye sahəsində yeni iş yerlərinin yaradılmasında Şərq Tərəfdaşlığı ölkələrinə dəstək verir.
GÉANT Assosiasiyası Avropada və dünyada tədqiqat və təhsil şəbəkəsinin daha da inkişaf etdirilməsi üçün üzvləri ilə birlikdə işləyən təşkilatdır. GÉANT, Avropanın milli tədqiqat və təhsil şəbəkələri təşkilatlarını (MTTŞ) mükafat qazanan yüksək ötürmə qabiliyyətli, yüksək sürətli və yüksək dayanıqlı ümumavropa sütünü ilə birləşdirir və Avropalı tədqiqatçıları, elm adamlarını və tələbələri bir araya gətirir və onları dünya ölkələrinin yarıdan çoxu ilə əlaqələndirir.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- EaPConnect
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu