EaPConnect kimi tanınan və Aİ tərəfindən maliyyələşdirilən “EU4Digital: Tədqiqat və təhsil icmaları arasında qarşılıqlı əlaqələrin yaradılması” layihəsi 2020-ci il oktyabrın 5-də EU4Digital proqramı tərəfindən təşkil olunan yüksək səviyyəli görüş zamanı təqdim olunub. 5-9 oktyabr tarixində keçirilən EU4Digital təşəbbüsü Koordinasiya komitəsinin ikinci illik iclasında sözügedən layihənin ikinci beş illik fazasının icrasına başlandığı qeyd olunub.
EaPConnect layihəsini maliyyələşdirən Aİ-nin Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının (DF NEAR) nümayəndəsi Matye Buske Şərqi tərəfdaşlıq ölkələri, Aİ Nümayəndəlikləri və Aİ təsisatları daxil olmaqla, tədbirdə iştirak edən 65-dən artıq nümayəndəni salamlayıb.
“Əgər uğurlu tərəfdaşlıqdan danışırıqsa, bunun yaxşı bir nümunə olduğunu düşünürəm”, – deyə EaPConnect layihəsinin ilk fazasının əsas nailiyyətlərini vurğulayan DG NEAR bölmə rəhbəri Matye Buske bildirib.
Nailiyyətlər və gözləntilər
Avropa Komissiyasının Kommunikasiya Şəbəkələri, Məzmun və Texnologiya üzrə Baş Direktoratının (DG CONNECT) və Tədqiqat və İnnovasiya üzrə Baş Direktoratının (DG R&I) nümayəndələri bu günə qədər qazanılan uğurlardan və ikinci layihə ilə bağlı gözləntilərindən bəhs ediblər. Buraya uzunmüddətli bağlantının təmin edilməsi, COVID-19 pandemiyası dövründə tədqiqat və təhsil icmaları arasında lazımi qarşılıqlı əlaqənin təmin edilməsi və milli tədqiqat və təhsil şəbəkələri (MTTŞ-lar) tərəfindən təqdim olunan ixtisaslaşmış şəbəkələrin, xidmətlərin və əməkdaşlıq vasitələrinin tədqiqat üçün həyati-vacib əhəmiyyət kəsb edən və gələcəkdə icra olunacaq “Horizon Europe” çərçivə proqramının əsas məqsədi olan sektorlararası qarşılıqlı əlaqəni dəstəkləmək qabiliyyəti daxildir.
İkinci fazanın əsas məqsədi Şərqi tərəfdaşlıq və Aİ-də olan tədqiqat və təhsil icmalarını bir araya gətirmək, onların arasındakı rəqəmsallaşdırma ilə bağlı qeyri-bərabərliyi aradan qaldırmaq, ŞT-dən olan tələbə və tədqiqatçıların Avropadakı həmkarları kimi beynəlxalq təşəbbüs və layihələrdə iştirak etməsini təmin etməkdir. GÉANT assosiasiyasının Beynəlxalq əlaqələr üzrə baş layihə meneceri Veronika Di Luna, milli tədqiqat və təhsil şəbəkələri (MTTŞ-lar) arasındakı tərəfdaşlıqların davamlılığının tədqiqat və təhsil icmalarını və rəqəmsallaşdırma sahəsində icra olunan milli proqramları dəstəkləmək üçün onların uzunmüddətli bacarıqları üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb. Layihənin dəyərinin və tərəfdaşların nailiyyətlərinin daha böyük kütləyə çatdırmaq da olduqca vacibdir.
GEANT-ın baş icraçı direktoru Erik Huizer MTTŞ-ların və GEANT assosiasiyasının tədqiqat və təhsil icmalarına və daha geniş ictimaiyyətə necə dəstək verdiyi haqqında danışıb. Önümüzdəki illərdə həm GÉANT, həm də EaPConnect şəbəkələrini təkmilləşdirmək planları rəqəmsal sahədə qeyri-bərabərsizliyin azalmasına kömək edəcək: “Hər iki layihənin sonunda ŞT ölkələri tam olaraq Avropanın qalan hissəsi ilə tədqiqat və təhsil üzrə eyni bağlantı səviyyəsinə sahib olacaq”.
Əlavə məlumat
EU4Digital proqramı EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinci iclasını proqram çərçivəsində əldə olunan nəticələri nəzərdən keçirmək, həmçinin Şərq Tərəfdaşlığının rəqəmsal sektorda gələcək prioritetlərini müzakirə etmək üçün bir sıra virtual sessiyalar şəklində təşkil etmişdir.
EaPConnect, EU4Digital və GÉANT qurumlarının internet səhifələrinə baxın.