Şərq Tərəfdaşlığı: 2020-ci ildən sonrakı dövr üçün yeni siyasət məqsədləri – rəqəmsal transformasiya beş əsas prioritetdən biridir

  • Tarix: 19/03/20
  • Paylaş:

Dayanıqlı rəqəmsal transformasiyanın dəstəklənməsi, martın 18-də açıqlanan Avropa Komissiyasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığının uzunmüddətli siyasət məqsədləri üzrə təklifində göstərilən beş prioritetindən biridir.

Məqsəd altı Şərqi tərəfdaş ölkəsi ilə ticarətin artırılması, bağlantının gücləndirilməsi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, eləcə də demokratik institutların, qanunun aliliyinin, ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın, rəqəmsal transformasiyaya dəstəyin və ədalətli və inklüziv cəmiyyətlərin gücləndirilməsidir.

Beş siyasət prioritetləri aşağıdakılardır:

  • YARADAN tərəfdaşlıq
    Möhkəm, dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar üçün əməkdaşlıq
  • QORUYAN tərəfdaşlıq
    Cavabdehlik daşıyan qurumlar, qanunun aliliyi və təhlükəsizlik üçün əməkdaşlıq;
  • YAŞILLAŞDIRAN tərəfdaşlıq
    Ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın əldə olunması üçün əməkdaşlıq
  • ƏLAQƏLƏNDİRƏN tərəfdaşlıq
    Dayanıqlı rəqəmsal transformasiya üçün əməkdaşlıq
  • SƏLAHİYYƏTLƏNDİRƏN tərəfdaşlıq
    Möhkəm, ədalətli və inteqrasiya olunmuş cəmiyyətlər üçün əməkdaşlıq

Avropa Komissiyası rəqəmsallaşdırma məqsədilə aşağıdakıları diqqətlə işləyib hazırlamışdır:

“Aİ-nin qonşuluq regionunda güclü rəqəmsal mühitin mövcudluğu artımı təmin etməklə yanaşı, dayanıqlı inkişafa təkan verəcək. Bu baxımdan Aİ bundan sonra da tərəfdaş ölkələrin rəqəmsal transformasiyasına sərmayələr yatıracaq və Aİ-nin qanunvericiliyi və qabaqcıl təcrübəsinə uyğun olaraq yüksək innovativ rəqəmsal startaplara dəstəyini genişləndirəcək.Aİ bundan sonra da tərəfdaş ölkələrin kibertəhlükəsizlik sahəsini dəstəkləyəcək və bu sahəyə yardımlar edəcək”.

Yeni ŞT siyasətində rəqəmsal transformasiya sahəsinə toxunulub? 

Avropanın rəqəmsal gələcəyinin formalaşdırılmasına dair strategiyada qeyd olunduğu kimi rəqəmsal transformasiya artımı təmin etməklə yanaşı, dayanıqlı inkişafa təkan verir. Bu baxımdan Aİ tərəfdaş ölkələrin rəqəmsal transformasiyasına sərmayələr yatıracaq və Aİ-nin qanunvericiliyi və qabaqcıl təcrübəsinə uyğun olaraq Vahid rəqəmsal bazarın faydalarını genişləndirməyə yönəlmiş işlər həyata keçirəcək. Bu rəqəmsal infrastruktur və xidmətlərə daha yaxşı çıxış imkanı əldə etmək, vətəndaşlar üçün daha yaxşı dövlət xidmətləri və idarəetmə, xüsusilə bölgələrdə və yerli ərazilərdə genişzolaqlı rabitə infrastrukturunun genişləndirilməsi və elektron idarəçiliyin  gücləndirilməsinə imkan verəcək.

Siyasəti açıqlayan Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell deyib: “Qonşularımızın gücü Avropa İttifaqının gücüdür; Şərq Tərəfdaşlığı Aİ-nin xarici siyasətinin vacib elementi olaraq qalır. Təkliflərimiz bundan sonra da altı tərəfdaş ölkənin gücləndirilməsinə yönələcək və bütün vətəndaşlar üçün gözəçarpan və müsbət nəticələrin əldə olunmasına xüsusi diqqəti qoruyub saxlamaqla paylaşdığımız ümumi prioritet və problemləri əks etdirəcək”.

Yeni siyasət məqsədləri 2019-cu ildə üzv dövlətlərin, tərəfdaş ölkələrin, vətəndaş cəmiyyəti təşkilatlarının, alimlərin, müəssisələrin və maliyyə qurumlarının geniş və əhatəli iştirakı ilə Şərq Tərəfdaşlığının gələcəyinə dair keçirilmiş strukturlaşdırılmış məsləhətləşmələr nəticəsində hazırlanmışdır. Ümumilikdə cari Şərq Tərəfdaşlığı siyasət bazasının etibarlı olması və regionda yaşayan vətəndaşların gündəlik həyatına gözəçarpan dərəcədə faydalar verməsinə dair geniş konsensus mövcuddur. Komissiya və Avropa Xarici Fəaliyyət Xidməti adı çəkilən təklifin üzv dövlətlər və

tərəfdaş ölkələr tərəfindən 2020-ci ilin iyununda keçiriləcək Şərq Tərəfdaşlığı Sammitində qəbul olunacağına ümid bəsləyir. Həmin tədbirdə cari 2020-ci il üçün 20 praktiki nəticəyə əsaslanan bir sıra yeni gözəçarpan nəticələrin hazırlanmasına başlamaq üçün qərar veriləcək.

Mətbuat üçün açıqlama

Birgə komissiya: 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə siyasət Dayanıqlığın gücləndirilməsi – bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı

Memorandum: 2020-ci ildən sonrakı Şərq Tərəfdaşlığına dair siyasət