Mayın 21-də EU4Digital Proqramı “2021-ci il və ondan sonrakı illərdə elektron kommersiya bazarında gözlənilən dəyişikliklər: Şərqi tərəfdaşlıq ölkələri bu dəyişikliklərə necə hazırlaşa bilər?” mövzusunda məlumatlandırma xarakterli virtual tədbir keçirir.
Tədbirin əsas məqsədi, 2021-ci ildə Aİ-də tətbiq olunan Avropa Komissiyasının Elektron kommersiya üzrə ƏDV paketi çərçivəsində 1 iyul 2021-ci ildən etibarən qüvvəyə minən dəyişikliklər və yeni satış qaydaları haqqında daha ətraflı məlumat verməkdir. Bundan əlavə, bir neçə tətbiq nümunəsi elektron kommersiya sahəsindəki maraqlı tərəflərin qarşıdan gələn dəyişikliklərə necə hazırlaşa biləcəyini nümayiş etdirəcək. Tədbir əsasən aşağıdakı mövzuları əhatə edəcək:
- Aİ-nin Elektron kommersiya sahəsini formalaşdıran tendensiyalar və sürətləndirici amillər.
- Aİ-nin elektron kommersiya üzrə paketi, gələcək dəyişikliklər və problemlər.
- Elektron kommersiya sahəsi iştirakçıları tərəfindən görüləcək tədbirlər – nəyi və necə hazırlamaq tələb olunur?
- Hazırlanması tələb olunan tətbiq nümunələri – EU4Digital və digər proqramlardan nümunələr.
İndi yeni qaydaları bilmək və hazırlaşmaq nə üçün xüsusilə vacibdir?
Getdikcə daha çox şirkət məhsullarını onlayn satmaq üçün rəqəmsallaşdıqca, elektron kommersiya vacib iş intizamına çevrilir, çünki internet vasitəsilə məhsul almaq istəyən insanların sayı əvvəlkindən daha çoxdur. 1 iyul 2021-ci il tarixindən Aİ-nin distant satışla bağlı qaydaları qüvvəyə minir. Təbii ki, ittifaqa üzv dövlətlər, bu qaydaların, Aİ-dən kənar fəaliyyət göstərən müəssisələr daxil olmaqla bütün ticarət tərəfdaşları tərəfindən nəzərə alınacağını və hörmət ediləcəyini gözləyir. Dəyişikliklər karqo şirkətlərini, gömrük və vergi orqanlarını, onlayn alış-veriş mağazaları və satıcıları cərimələr, tədarük zəncirindəki gecikmələr, itirilən gəlirlər kimi transsərhəd elektron kommersiya sahəsində mövcud ola biləcək problemlərin qarşısını almaq üçün uyğunlaşmağa məcbur edir. Pilot ölkələr gələcək dəyişikliklər haqqında daha çox məlumat (aşağıdakı şəklə baxın) və aşağıdakı dəyişikliklərə hazırlaşmaq üçün dəstək əldə edəcəklər:
- İcbari elektron gömrük bəyannaməsi;
- 2021-ci il iyul ayından etibarən bütün karqo şirkətləri üçün azaldılmış gömrük rüsumlarına dair məlumatlar;
- Hər hansı bir bağlamada təyin olunmuş bütün identifikasiya nömrələrini həmin bağlamanın içindəki əşyalarla əlaqələndirən uyğunlaşdırılmış identifikasiya nömrəsi;
- İxrac üzrə vahid pəncərə sistemi vasitəsilə 150 avro və daha az dəyərdə olan məhsullar üçün vergilərin ödənməsi barədə yeni qaydalar.

Şəkil 1: 2021-ci ildə elektron kommersiya səhəsindəki dəyişikliklər haqqında ümumi məlumat
Tədbirdə Şərqi tərəfdaşlıq ölkələrindən nazirliklər, gömrük orqanları, poçt operatorları, bazarlar, biznes assosiayalarının nümayəndələri daxil olmaqla yüzdən çox elektron kommersiya sahəsindəki maraqlı tərəflərin, habelə Aİ nümayəndə heyətlərinin, EU4Digital işçi qrupunun üzvlərinin və Virtual anbar üzrə pilot layihəsi iştirakçılarının iştirakı gözlənilir.
İclasa EU4Digital Proqramının müvafiq qrupu rəhbərlik edəcək və aşağıdakıların məruzəçilərin təqdimatları və sual-cavab sessiyalarından təşkil olunacaq:
- EU4Digital təşəbbüsünün elektron ticarət üzrə aparıcı mütəxəssisi Volter Trezek
- Almaniya elektron kommersiya assosiasiyasının baş direktoru Florian Seikel
- Joresco şirkətinin icraçı direktoru və GS1 Litva idarə heyətinin üzvü Jan Hittel
- Avropa Xarici Fəaliyyət Xidmətində Rəqəmsal strategiya üzrə qrupun rəhbəri Vladimir Abramitçev
Tədbirdə iştirak etmək istəyirsinizsə, 2021-ci il mayın 20-nə qədər bu keçid vasitəsilə qeydiyyatdan keçin. Ərizə formasını doldurduqdan sonra, EU4Digital Proqramı sizə tədbirə qatılmaq üçün aktiv keçid göndərəcək.
Əlavə məlumat. Tədbir elektron kommersiya üzrə şəbəkə tədbiri çərçivəsində təşkil edilir. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.