eFTI Reqlamenti haqqında məlumatlandırma tədbiri və Rəqəmsal Nəqliyyat Dəhlizi üzrə fəaliyyətlərin təqdimatı mərasimi keçiriləcək

  • Tarix: 30/01/23
  • Paylaş:

Bu məlumatlandırma tədbiri Yük daşımaları üzrə elektron məlumatlar haqqında Reqlamentin (eFTI) tətbiqinin Aİ-də logistika sahəsinin gələcək fəaliyyətinə təsiri və Şərq Tərəfdaşlığı ölkələri üçün fayda və imkanlarına həsr olunub.

Yük daşımaları haqqında məlumatlar kağız üzərində deyil, rəqəmsal olaraq mübadilə edilərsə, nə qədər ağacı qorumaq mümkün olardı? Hesablamalara görə, təkcə Qərbi Balkanlarda hər il 26 000 ağacı (234 000 qutu çap üçün kağız) kəsilməsinin qarşısını almaq olar. Müqayisə üçün qeyd edək ki, Nyu-York şəhərinin mərkəzi parkında təxminən 18 000 ağac var.

Nyu-York mərkəzi parkı. Fotoşəkil Unsplash-dan Cerami İn tərəfindən çəkilib

Şərq Tərəfdaşlığı regionu təxminən beş dəfə böyük olduğundan, logistika sənayesinin rəqəmsal informasiya mübadiləsinə keçidi ətraf mühitə və iqtisadiyyata çox müsbət təsir göstərə bilər.

Aİ-də logistika sənayesi sahəsində yük daşımalarının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görülür. Gömrük orqanlarında kağız sənədlər və uzun növbələr tədricən elektron informasiya mübadiləsi və rahat tranzitlə əvəzlənir. Aİ-nin Yük daşımaları üzrə elektron məlumatlar (eFTI) haqqında Reqlamenti bu prosesdə mühüm rol oynayır və bu sənəd region üzrə Ağıllı və Dayanıqlı Yerdəyişmə Strategiyası və Yaşıl İqtisadiyyat Proqramının məqsədlərinə uyğundur. Sənədin 2025-ci ilə qədər tam tətbiqi nəzərdə tutulub. Əslində, eFTI Reqlamenti yük daşımaları haqqında rəqəmsal sənədlərin mübadiləsini tənzimləmək, eFTI dəhliz və platformaları üzrə texniki standartları müəyyən etmək və elektron formatda məlumatların Aİ orqanları tərəfindən qəbul edilməsini təmin etmək üçün vahid hüquqi baza yaratmaq məqsədi daşıyır (nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr bunu rəqəmsal formatda təmin etmək qərarına gələrsə).

EU4Digital proqramının II mərhələsi çərçivəsində Elektron ticarət istiqamətinin elektron logistika üzrə fəaliyyətləri eFTI-nin tətbiqinə diqqət yetirməklə, Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında Rəqəmsal nəqliyyat dəhlizləri yaratmaq məqsədi daşıyır. Fəaliyyətin yekun nəticəsi eFTI-nin tətbiqi üzrə yol xəritəsinin hazırlanması və seçilmiş Şərq Tərəfdaşlığı ölkələrində eFTI Reqlamentinin həyata keçirilməsi, eFTI pilot dəhliz və platformalarının Aİ-yə qoşulması üçün icra planının yaradılmasıdır. 31 yanvar, 12:00-13:00 (GMT+1) radələrində fəaliyyətin başlanmasına dair təqdimat və virtual tədbir keçiriləcək. Tədbirin məqsədi eFTI Reqlamentinin Aİ və Şərq Tərəfdaşlığı ölkələri üçün əhəmiyyətini göstərmək, eləcə də iki Şərq Tərəfdaşlığı ölkəsində eFTI-nin tətbiqini asanlaşdıracaq rəqəmsal nəqliyyat dəhlizlərinin fəaliyyətini təqdim etməkdir.

Tədbir Şərq Tərəfdaşlığı ölkələrində maraqlı tərəflər üçün nəzərdə tutulub: iqtisadiyyat, infrastruktur, yüksək texnologiyalar sənayesi, nəqliyyat və s. nazirliklərin nümayəndələri; gömrük; ticarət birlikləri; dövlət və özəl logistika sektoru nümayəndələri; Aİ nümayəndəlikləri və s. 

Hədəf auditoriyaya aid şəxslər tədbirdə iştirak etmək üçün Sabina Puzemskaya (Sabina.Puzemskaja[at]lt.ey.com) ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər. 

Tədbirin son qeydiyyat tarixi: 27 yanvar.