Sentyabrın 22-də EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi “Qabaqcıl təcrübələr və beynəlxalq əməkdaşlıq, xüsusən aktiv və sağlam yaşlanma” mövzusunda virtual tədbir təşkil edib. Bu tədbir cari il üçün nəzərdə tutulmuş elektron səhiyyə üzrə əməkdaşlığa həsr olunmuş tədbirlərdən dördüncüsüdür. Tədbirin məqsədi altı Şərq Tərəfdaşlığı ölkəsində Elektron səhiyyə şəbəkəsinin üzvlərini bir araya gətirmək və onları beynəlxalq əməkdaşlıq imkanları və qabaqcıl təcrübələrlə tanış etməkdir.
Tədbirin ilk hissəsində EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsi tərəfindən digər ölkələrdən olan nümayəndələrə 2021-ci ildə elektron səhiyyə (elektron səhiyyə strategiyasının inkişafı və elektron səhiyyədə uzlaşma üzrə bələdçinin icrasının gedişatı) üzrə keçiriləcək tədbirlər haqqında qısa məlumat verilib. Müzakirələrin ardınca EU4Digital layihəsinin icra olunduğu müddətdə şəbəkə çərçivəsində əməkdaşlıq sahəsində əldə olunan mühüm nailiyyətlər nəzərdən keçirilib.
Tədbirin ikinci hissəsində Estoniyadan olan qonaq natiq – Səhiyyə texnologiyaları bölməsinin rəhbəri Piret Hirv Aktiv və Sağlam Yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığı (IN-4-AHA) konsorsiumu haqqında məlumat verərək onun hazırda beynəlxalq əməkdaşlıq yolu ilə aktiv və sağlam yaşlanmanı təşviq etdiyini bildirib. Natiq konsorsiumun məqsədləri, fəaliyyətləri və IN-4-AHA tərəfdaşlığının təsiri və onun innovasiyaların genişləndirilməsinə güclü təsirini vurğulayıb.
Daha sonra İtaliyadan olan natiq Reabilitasiya Kardiologiya Bölməsinin müdiri və Ərazi Xəstəxanasının Davamlı Müalicə Şöbəsinin müdiri Dok. Simonetta Skalvini xroniki xəstələrdə real kompleks qulluq aləti olan məsafədən səhiyyənin əhəmiyyətindən danışıb. O, şəbəkə üzvlərinə COVID-19 pandemiyası dövründə və ondan sonrakı dövrlərdə məsafədən səhiyyə xidmətlərinin göstərilməsi daxil olmaqla rəqəmsal səhiyyə həlləri ilə bağlı araşdırmaların nəticələri haqqında məlumat verib.
Tədbirin sonunda Şotlandiyadan olan bir qrup natiq çıxış edib. Onlar arasında Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Donna Henderson, EHTEL-in prezidenti Mark Besvik və Şotlandiya Hökuməti yanında Milli İnkişaf Bölməsinin rəhbəri Rozmari Koper olub. Natiqlər “Near Me” şəbəkəsinin əhatə etdiyi bütün cəhətləri – kadr hazırlığı, vətəndaşlara təsiri və qazanılan təcrübələr haqqında danışıblar. Tədbir, Şərq Tərəfdaşlığı regionundakı innovativ elektron səhiyyə üzrə təcrübələr haqqında fikirlərini bölüşən şəbəkə nümayəndələrinin müsbət rəyləri ilə başa çatıb.
Daha çox öyrən
IN4AHA – Aktiv və sağlam yaşlanma üçün innovasiyaların imkanlarının genişləndirilməsi, əlaqə məlumatı:
- https://innovation4ageing.tehnopol.ee/
- https://twitter.com/EIP_AHA
- https://www.linkedin.com/groups/8912125/
- https://www.facebook.com/IN4AHA
Qabaqcıl təcrübələrə dəstək üçün “Near Me” video məsləhət xidməti, əlaqə məlumatı:
Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün rəqəmsal səhiyyə müdaxilələri: Sistematik baxış və meta-analiz (nəşrə keçid):https://www.mayoclinicproceedings.org/article/S0025-6196(15)00073-7/fulltext