COVID-19 ilə mübarizədə elektron səhiyyənin tətbiqi: virtual seminarda pandemiyaya qarşı qlobal və Şərq tərəfdaşlarının gördüyü tədbirlər diqqət mərkəzində olub

  • Tarix: 11/05/20
  • Paylaş:

Keçən ay EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsi COVID-19 virusunun kütləvi şəkildə yayılmasına qarşı görülən tədbirləri müzakirə etmək üçün Şərq Tərəfdaşlığı elektron səhiyyə şəbəkəsinin nümayəndələri üçün onlayn seminar keçirib. Təşəbbüsün elektron səhiyyə şəbəkəsinin nümayəndələri böhranın qlobal miqyasda rəqəmsal sağlamlıq baxımından idarə edilməsinə dair fikir mübadiləsi apararaq ümumi tendensiyalara diqqət çəkiblər. Şərqi tərəfdaş ölkələrinin nümayəndələri isə virusla mübarizə üzrə görülən tədbirlərə toxunublar.

EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin nümayəndələri tərəfindən böhran dövründə idarəçiliyin səfərbər edilməsi, rəqəmsal səhiyyə platformaları və telekommunikasiya texnologiyaları vasitəsilə göstərilən səhiyyə xidmətinə çıxış imkanı, bulud və mobil tətbiqlərin yerləşdirilmə və böhran üzrə təcrübələrin idarə edilməsinə dair məlumatların səmərəli istifadəsi, eləcə də məlumatların yenilənməsi və mübadiləsini, habelə məsafədən işləməyə dəstək təmin etmək üçün geniş miqyaslı elektron tədris imkanları kimi bir sıra ümumi mövzuların həlli üçün istifadə olunan proqramlar haqqında qısa məlumat verilib.

İştirakçılar tərəfindən mövcud xidmət və infrastrukturdan yenidən istifadənin vacibliyi, xüsusilə də aşağıdakılar vurğulanıb:

  • Xəstələrlə ünsiyyətin qurulması və xəstələr üçün əlavə diaqnostik marşrutların təmin edilməsi üçün mövcud elektron səhiyyə xidmətlərindən istifadə;
  • Tədqiqat məlumatları və COVID-19 ilə bağlı son xəbərləri tez bir zamanda yaymaq üçün səhiyyə işçiləri üçün strukturlaşdırılmış məzmun üzrə vahid çıxış məkanı təmin etmək məqsədilə mövcud elektron tədris platformalarından istifadə.

Şəbəkə nümayəndələri mövcud infrastrukturun hazırki yüksək ehtiyac səviyyələrinə uyğunlaşdırılmasında problemlərin ortaya çıxdığını və fərqli şəkildə olsa da, bu böhrandan sonra səhiyyə islahatları və rəqəmsal transformasiyaların davam etdirilməsinin vacibliyini qeyd ediblər. Böhranın idarə edilməsi prosesində ən mühüm zərurətlər arasında inteqrasiya edilmiş əməliyyatlar, məlumatların idarə edilməsi və təhlil vasitələri, eləcə də müxtəlif maraqlı tərəflər arasında 360 dərəcəlik təcrübələrin idarə edilməsi olmuşdur.

Şərqi tərəfdaş ölkələri tərəfindən paylaşılan və tətbiq olunan əsas həllər bunlar olmuşdur:

  • Bütün ölkələr dövlət səviyyəsində COVID-19 ilə bağlı əlaqə mərkəzləri səfərbər etmişdir.
  • Epidemioloji vəziyyətə dair məlumatların yenilənməsi paneli şəklində məlumatların monitorinqi və toplanması sistemlərinin istifadəsi və ümumi analitik məlumatların dərc edilməsi.
  • Xəstələrin çeşidlənməsi, əlaqə şəxslərinin və hansı məsafədə yerləşdiyinin izlənilməsi üçün mobil tətbiqlərin (məs, süni intellekt, çatbotlar) istifadəsi.
  • Virusun yayılmasını məhdudlaşdırmaq məqsədilə bəzi ölkələrdə xəstələrin tətbiqetmə və monitorinq qaydalarına riayət etməsi üçün telekommunikasiya operatorlarının məlumatlarından istifadə edilmişdir.
  • Mövcud milli elektron səhiyyə platformalarına malik ölkələr xəstələrin tibb müəssisələrinə lüzumsuz ziyarətlərinin qarşısını almaq üçün səhiyyə xidmətinin virtual şəkildə aparıldığı təqdirdə (məs, elektron resept, laborator müayinələr üzrə elektron yönləndirilmələr, telekkomunikasiya texnologiyaları vasitəsilə göstərilən səhiyyə xidməti və s.) mövcud infrasturkturdan yenidən istifadə etmək imkanına malik olublar.
  • Sektorlararası əməkdaşlığın aktivləşdirilməsi (məs, dərmanların təyin edilməsi üçün elektron resept və xəstələrə çatdırılması üçün milli poçt xidmətlərindən birlikdə istifadə).
  • Hakatonlar da yeni ideya və proqramların yaradılmasında geniş istifadə edilmişdir.

Seminar ərzində diqqət mərkəzində olan proqramlar arasında həm mövcud infrastruktur və xidmətlərin təkrar istifadəsi baxımından, həm də yeni həllərin tez bir zamanda istifadəsi baxımından eyni fikir və innovativ yanaşmalar nəzərdən keçirilmişdir. Sözügedən dəyərli

təcrübələrin mübadiləsi üçün vahid müzakirə platforması kimi seminar mühüm rol oynamışdır.

EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi

Koronavirus: Avropa İttifaqı özünün Şərqi tərəfdaşlarına dəstək nümayiş etdirir.

Aİ-nin koronavirus ilə mübarizə tədbirləri haqqında daha ətraflı