2019-cu il 17-18 dekabr tarixlərində Gürcüstanın paytaxtı Tiflisdə Elektron bacarıqlar şəbəkəsinin 7-ci seminarı keçirilib. Tədbirdə rəqəmsal bacarıqlar sahəsindəki irəliləyişlər diqqət mərkəzində olaraq Şərqi Tərəfdaş ölkələrində rəqəmsal bacarıq göstəricilərinin ölçülməsi ilə bağlı mövcud vəziyyət müzakirə olunub.
EU4Digital təşəbbüsünün Rəqəmsal Bacarıqlar Şəbəkəsi Şərqi Tərəfdaş ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir.
Seminar ərzində iştirakçılar Avropa Peşəkarlıq Bazasının qəbulu ilə bağlı təcrübəni, rəqəmsal bacarıqların qiymətləndirilməsi və ŞT ölkələrinin müvafiq yanaşmaların Aİ təcrübəsinə uyğunlaşdırmağa hazırlığını müzakirə ediblər.
İştirakçılar həmçinin Rəqəmsal bacarıqlar və məşğulluq üzrə peşəkarlıq bazasının vəziyyətini və hər bir ölkədə koalisiyanın müvəffəqiyyətlə yaradılması və idarə edilməsi üçün lazımi amillər ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir iştirakçıları hər bir ŞT ölkəsində rəqəmsal bacarıqlar sahəsindəki irəliləyişlər ilə bağlı vacib məqamları, nəticələri və mühüm təşəbbüsləri diqqət mərkəzində saxlayıblar.
Tədbir ərzində iştirakçılar milli koalisiyaların yaradılması, rəqəmsal bacarıqların ölçülməsi üçün vahid yanaşma, habelə Aİ təcrübəsinin paylaşılmasına dəstək üçün təlimlər, işgüzar səfərlər və konfranslar ilə əlaqəli bir neçə fəaliyyət barədə razılığa gəliblər.EU4Digital təşəbbüsü Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir və rəqəmsal bacarıqlar sahəsində boşluqların proqnozlaşdırılması üzrə metodologiyanın hazırlanması, eləcə də rəqəmsal sahədə iş yerləri üzrə milli koalisiyaların və KOM-lar və mikro müəssisələr üzrə səlahiyyət bazasının yaradılması istiqamətində fəaliyyət göstərir.