Dekabrın 17-də və 18-də Tiflisdə EU4Digital təşəbbüsü çərçivəsində Elektron bacarıqlar şəbəkəsinin seminarı keçiriləcək.
Elektron bacarıqlar şəbəkəsi tərəfindən təşkil edilən seminarın əsas məqsədi Şərqi Tərəfdaş ölkələrinin rəqəmsal bacarıqlar sahəsinə dair fikir və son nailiyyətləri mübadilə etməsinə şərait yaratmaq və tərəfdaş ölkələrdə rəqəmsal bacarıqlar üzrə göstəricilərin ölçülməsi ilə bağlı mövcud vəziyyəti müzakirə etməkdir.
Tədbirdə ŞT ölkələrində rəqəmsal bacarıqların qiymətləndirilməsi və proqnozlaşdırılması ilə bağlı mövcud vəziyyətə (baza) dair müvafiq məlumatların toplanmasına yönəlmiş EU4Digital təşəbbüsü tərəfindən həyata keçirilən sorğunun nəticələri müzakirə və təsdiq olunacaq.
Seminar zamanı hər bir ŞT ölkəsində KOM-lar, mikro müəssisələr, rəqəmsal bacarıqlar və məşğulluq üzrə peşəkarlıq bazasının inkişaf metodologiyasının təqdimatı və ŞT ölkələrinin nümayəndələri ilə müzakirə edilməsi nəzərdə tutulub.
EU4Digital təşəbbüsü çərçivəsində Elektron bacarıqlar şəbəkəsi Aİ-nin rəqəmsal bacarıqlar və iş yerləri koalisiyası nəzərə alınmaqla ŞT ölkələrində rəqəmsal bacarıqlara dair milli strategiyaların formalaşdırılması və icrası, xüsusilə rəqəmsal sahələrdə iş yerləri üzrə milli koalisiyaların yaradılmasına yönəlmişdir.