Elektron ticarət: Elektron çatdırılma pilot layihəsinin hazırlanması məqsədilə Ukrayna və Polşa ilə ilk görüş keçiriləcək

  • Tarix: 02/07/20 – 02/07/20
  • Paylaş:

İyulun 2-də EU4Digital, elektron çatdırılma (eDelivery) transsərhəd məlumat mübadiləsi üzrə texnoloji həllin hazırlanması ilə bağlı elektron ticarət (eTrade) pilot layihəsinin həyata keçirilməsi ilə bağlı növbəti addımların təqdim edilməsi məqsədilə Ukrayna və Polşa ilə ilk işçi görüşü təşkil edir.

2020-ci ilin əvvəlində Avropa Komissiyası Aİ-ŞT elektron çatdırılma üzrə texnoloji həllin pilot layihəsi üçün seçilmiş pilot ölkələr, yəni Polşa və Ukrayna ilə bağlı rəsmi qərarını təsdiqləyib. Pilot ölkələrin nümayəndələri ilə davam edən müzakirələr və məsləhətləşmələrdən sonra, EU4Digital proqramı tərəfindən bütün iştirakçı tərəflərlə virtual formatda ilk görüş keçiriləcək.

Görüşün əsas məqsədi elektron çatdırılma üzrə texnoloji həlli, pilot konsepsiyanı, idarəetmə strukturunu və pilot layihə ilə əlaqəli digər məqamları təqdim etməkdir.

EU4Digital təşəbbüsünün ekspert qrupu, irəli sürülmüş mütəxəssislər, seçilmiş ölkələrin nümayəndələri və digər iştirakçılar ilə birlikdə elektron çatdırılma üzrə pilot layihənin uğurla həyata keçirilməsinin müvafiq cəhətlərini müzakirə edəcəklər. Bundan əlavə, EU4Digital təşəbbüsünün mütəxəssisləri planlaşdırılmış hüquqi təhlil üzrə yanaşmanı təqdim edərək elektron çatdırılma üzrə pilot layihənin cədvəli, mövcud irəliləyiş və iştirakçı tərəflərlə birlikdə növbəti addımları razılaşdıracaqlar.

Pilot layihə haqqında

Transsərhəd elektron ticarət pilot layihəsi bütöv Aİ miqyasında müəyyən texnoloji həll və standartlardan istifadə edərək seçilmiş Şərqi tərəfdaş ölkələrində elektron qaimələrin mübadiləsi üçün bir platforma sınaqdan keçirməyi planlaşdırır.

Elektron çatdırılma üzrə texnoloji həllin pilot layihə şəklində həyata keçirilməsi zamanı, iştirakçı şirkətlərdən və dövlət qurumlarından canlı həllərin həyata keçirilməsinin təkmilləşdirilməsi barədə rəylər toplanacaq. Nəticələr və tövsiyələr (hüquqi, təşkilati, texniki, proseslə əlaqəli) hazırlanacaq və maraqlı tərəflərlə paylaşılacaq. Bundan əlavə, Şərqi tərəfdaş ölkələrinin nümayəndələrinin pilot həllin icrasını izləmək və həmin ölkələrdə tətbiq edilməsi məqsədilə səfərlər təşkil ediləcək.

EU4Digital: elektron ticarət fəaliyyətləri haqqında Elektron çatdırılma üzrə pilot layihə EU4Digital proqramı tərəfindən həyata keçirilən Elektron ticarət üzrə fəaliyyətlərin bir hissəsidir. Avropa İttifaqı özünün EU4Digital təşəbbüsü vasitəsilə Şərqi Tərəfdaş ölkələr arasında və Aİ ilə ticarətin asanlaşdırılması və uyğunlaşdırılması üçün elektron ticarət, elektron gömrük və elektron logistika üzrə vahid bazaların təşviqi və Rəqəmsal Nəqliyyat Dəhlizlərinin yaradılması istiqamətində səylərə dəstək verir.