EU4Digital proqramı elektron ticarət ilə bağlı nailiyyət və gələcək planlara dair tədbir təşkil edib

  • Tarix: 13/10/20
  • Paylaş:

2020-ci il oktyabrın 9-da EU4Digital Proqramının təşkil etdiyi görüşdə Elektron ticarət sahəsində əldə olunan nailiyyətlər və gələcək planlar diqqət mərkəzində olmuşdur. Sözügedən tədbir oktyabrın 5-dən 9-na qədər virtual olaraq keçirilən Koordinasiya komitəsinin illik iclası çərçivəsində təşkil olunub.

Elektron ticarətə həsr olunmuş iclasa aşağıdakılar daxil olmaqla, 60-dan artıq iştirakçı qatılıb:

  • Avropa Komissiyasının məruzəçiləri;
  • EU4Digital proqramının Elektron ticarət üzrə əlaqə şəbəkəsinin üzvləri;
  • Rəqəmsal bazarların uzlaşdırılması (HDM) üzrə Şərqi tərəfdaş ölkələrindən olan əlaqələndiricilər;
  • Vətəndaş cəmiyyəti forumunun elektron ticarət üzrə ekspertləri;
  • Elektron ticarətə dair fəaliyyətlər üzrə işçi qrupunun üzvləri: transsərhəd elektron ticarət (Elektron çatdırılma), elektron gömrük, elektron kommersiya, rəqəmsal nəqliyyat dəhlizi (DTC);
  • EU4Digital proqramının Şərqi tərəfdaş ölkələri üzrə koordinatorları.

EU4Digital Proqramının elektron ticarət tematik istiqamətinin rəhbəri, Ruta Salvite-Tamosiyuniyen Elektron çatdırılma, elektron gömrük və elektron kommersiya, eləcə də rəqəmsal nəqliyyat dəhlizi üçün hazırlıq tədbirləri daxil olmaqla, elektron ticarətə dair fəaliyyətlərdə irəliləyişlər və gələcək planlara toxunub. Xüsusilə də EU4Digital proqramının işçi heyəti Koordinasiya komitəsinin sonuncu iclasından sonra əldə olunan mühüm nailiyyətlərə, onların müəssisələr, dövlət və vətəndaşlara faydasına və sektorda gələcək planlara toxunub.

Transsərhəd elektron ticarət fəaliyyəti üzrə mühüm mərhələ (Elektron çatdırılma) təqdim olunub: oktyabrın 9-da Ukrayna və Polşadan olan dörd şirkət arasında Elektron çatdırılma pilot texnoloji həll müvəffəqiyyətlə istifadəyə verilib. Bu pilot layihə çərçivəsində iştirakçı tərəflər Aİ və onun hüdudlarından kənarda yerləşən ölkələr ilə məlumat mübadiləsi həyata keçirə biləcəklər.

Elektron gömrük sahəsində ən mühüm nailiyyətlərdən biri Litva və Belarusun gömrük xidməti orqanları arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir. EU4Digital Proqramının nümayəndələri həmçinin SEED (Məlumatların sistematik elektron mübadiləsi) texnoloji həllinin istifadəçinin ehtiyaclarına və yerli tələblərə uyğunlaşma potensialının təsdiq olunduğuna diqqət çəkiblər. Hal-hazırda lazımi tənzimləmələr icra olunmaqdadır və 2020-ci ilin noyabr ayında Litva və Belarus arasında pilot layihənin icra olunması planlaşdırılır.

Rəqəmsal nəqliyyat dəhlizi üzrə fəaliyyətlər başa çatdırılıb və üç illik dövrü əhatə edən proqram hazırlanıb və Baltik və Qara dənizlər arasında rəqəmsal nəqliyyat dəhlizinin yaradılması üçün hazırlıq tədbirləri müəyyənləşdirilib. Bu proqram Belarus və Ukraynadakı cari təşəbbüslərə şərait yaradır. Bu ölkələr artıq Aİ-nin əsas qanunvericilik və son nailiyyətlərinə uyğun olaraq sözügedən layihədə iştirak etməyə razılıq veriblər. İcra olunan proqram Baltik və Qara dənizlər arasında nəqliyyat dəhlizi vasitəsilə daşınmanın bütün mərhələlərində logistika ilə bağlı maneəsiz məlumat mübadiləsinin yaradılması məqsədi daşıyır. 2021-ci ilin əvvəlində icra olunması planlaşdırılan proqramın büdcəsi 10.5 milyon avro təşkil edir. Elektron kommersiya üzrə heyət Aİ-də elektron kommersiya ilə bağlı cari işləri yekunlaşdırıb. Buraya B2C transsərhəd əməliyyatlarda vacib əhəmiyyət daşıyan hüquqi, standartlar və ekosistem kimi əsas sahələrdə görülən işlər də daxildir. Regionun hər yerindən 50-dən artıq maraqlı tərəfin iştirak etdiyi və elektron kommersiya sahəsinin bütün dəyər zəncirini əhatə edən 15-dən çox əsas sahədə 100-dən çox sualın verildiyi fəaliyyət Şərqi tərəfdaşlıq ölkələrində hərtərəfli məlumatların toplanması üçün əsas rolunu oynamışdır. Hal-hazırda regional və ölkə səviyyələrində boşluqların aradan qaldırılması və tövsiyələrin hazırlanması üzrə işlər

yekunlaşmaqdadır. Məqsəd, transsərhəd elektron kommersiya sahəsinə maneə törədən amilləri aradan qaldırmaq və onun inkişafını təmin etməkdir. Buna nail olmaq üçün 2020-ci ilin noyabrında pilot layihənin icrası planlaşdırılır.

İclas zamanı Elektron ticarət şəbəkəsinin əlaqələndiricisi və Şərqi tərəfdaşlıq ölkələrinin digər nümayəndələri pilot fəaliyyətlərdə daha çox ölkənin iştirak etməsini, pilot layihələrin digər nəqliyyat növləri (məsələn, dəniz nəqliyyatı) və sanitariya və fitosanitar kimi digər sahələrdə tətbiqini görmək istədiklərini dilə gətiriblər.

Əlavə məlumat EU4Digital proqramı, EU4Digital təşəbbüsünün Koordinasiya komitəsinin ikinci iclasını proqram çərçivəsində əldə olunan nəticələrin nəzərdən keçirilməsi üçün bir sıra virtual sessiyalar şəklində təşkil etmişdir. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.