Elektron ticarət şəbəkəsinin 7-ci seminarı

  • Tarix: 10/10/19 – 11/10/19
  • Paylaş:

2019-cu il oktyabrın 10 və 11-də Helsinkidə Elektron ticarət şəbəkəsinin 7-ci seminarı keçiriləcək. Tədbirin məqsədi Şəbəkənin İşçi Qrupları və EU4Digital layihəsinin mütəxəssis komandası tərəfindən elektron ticarət, elektron gömrük, elektron logistika və Rəqəmsal Nəqliyyat dəhlizləri layihəsinin fəaliyyətləri üçün hazırlanan pilot layihələrin və hazırlıq tədbirlərinin ümumi konsepsiyasını və əhatə dairəsini təqdim və müzakirə etməkdir. 

Əlavə olaraq, oktyabrın 9-da iştirakçılar 2019-cu ildə Aİ-nin ticarət və nəqliyyat şəbəkələrinin, eləcə də logistika sektorunun rəqəmsallaşdırılmasına həsr olunan əsas tədbiri olan “Rəqəmsal Nəqliyyat Günləri” adlı konfransda iştirak etmək imkanı qazanacaqlar.