Tiflisdə Aİ və Avropa Şurası tərəfindən 30 ölkənin iştirakı ilə kibertəhlükəsizliyə dair tədbir təşkil olunub
Tarix: 04/03/20
Kibercinayətlərlə
mübarizə üzrə qarşıda duran vəzifələri və gələcək əməkdaşlığı müzakirə etmək
məqsədilə 26-28 fevral tarixlərində Aİ və Avropa Şurasının Kibercinayətkarlıq üzrə
proqramı
(C-PROC) tərəfindən Tiflisdə müxtəlif ölkələrdə çalışan diplomatik xidmət
orqanları nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbir keçirilib.
Cəmiyyətlərin
cinayətkarlıqdan qorunmasında ədalət mühakiməsi orqanları və özəl sektoru
təmsil edən subyektlər arasında əməkdaşlıq, eləcə də diplomatik xidmət
orqanlarının rolu çox böyükdür.
Bu
cür əməkdaşlıq ilk növbədə polis və prokurorluq orqanlarının ədalət mühakiməsi
məqsədilə diplomatik xidmət orqanları tərəfindən saxlanılan məlumatlara
çıxışına, o cümlədən məlumat və təcrübə mübadiləsinə, eləcə də təlimlərə
aiddir.
Bu
baxımdan Avropa Komissiyası və C-PROC tərəfindən təşkil olunan tədbirdə 30
müxtəlif ölkədən – Latın Amerikası (Çili, Dominikan Respublikası, Kosta Rika,
Paraqvay), Cənub-Şərqi Asiya (Şri Lanka), Qərbi Afrika (Qana, Nigeriya, Kabo
Verde, Burkina Faso), Cənub Qonşuluq regionu (Livan, Mərakeş, İordaniya),
həmçinin Şərq Tərəfdaşlığı regionu (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan,
Moldova, Ukrayna), IPA regionu (Albaniya, Bosniya və Herseqovina,
Monteneqro, Şimali Makedoniya, Serbiya,
Türkiyə) və Belçika, Niderland Krallığı, Almaniya, Avstriya və Rumıniyadan 80
nümayəndə iştirak etmişdir.
Gürcüstanı
tədbirdə 25-dən artıq iştirakçıdan ibarət böyük nümayəndə heyəti təmsil edib.
Onlar arasında Aİ-nin Gürcüstandakı Nümayəndəliyi, “Eurojust”, Avropa
Şurasının Gürcüstandakı Nümayəndəliyi, Avropa Şurası ekspertləri, ABŞ Ədliyyə
Nazirliyi, Facebook və EurolSPA-nın nümayəndələri olmuşdur.
Sözügedən
tədbir, EU4Digital təşəbbüsü çərçivəsində həyata keçirilən CyberEast layihəsi daxil olmaqla,
C-PROC tərəfindən icra olunan bir neçə layihənin birgə səyi nəticəsində ərsəyə
gəlmişdir.
Tədbirdə
giriş sözü ilə çıxış edən Aİ-nin Gürcüstandakı Nümayəndəliyinin rəhbəri, Səfir
Karl Hartzell bildirib:
“Kibercinayətkarlıq probleminin həlli
səmərəli ədalət mühakiməsinin əsasını təşkil edir.
Günümüzdə korrupsiya, mütəşəkkil
cinayətkarlıq, iqtisadi cinayətlər, hətta ayrı-ayrı şəxslərə qarşı cinayətlər
ilə mübarizənin səmərəli təşkili üçün ilk növbədə kibercinayətkarlıq ilə
mübarizə üzrə bazanın mövcudluğuna ehtiyac var. Buraya elektron sübutlara çıxış
və ya internet vasitəsilə həyata keçirilən cinayətlərdən gəlirlər ilə bağlı
məlumatların əldə olunması daxildir.
Bu baxımdan ədalət mühakiməsi orqanları və
özəl sektoru təmsil edən subyektlər arasında əməkdaşlıq, eləcə də diplomatik
xidmət orqanlarının rolu çox əhəmiyyətlidir.
Sübhəsiz ki, yalnız insan hüquqlarının, əsas
hüquq və azadlıqların və qanunun aliliyinin tam tətbiq olunduğu açıq, azad və
təhlükəsiz kiber məkanda güclü kibertəhlükəsizlik bərqərar edilə bilər”.
Avropa Şurasının Kibercinayətkarlıq üzrə proqram ofisində əməliyyatlar şöbəsinin rəhbəri kimi çalışan Virgil Spiridon isə əlavə edib:
“Hüquq mühafizə orqanları və çoxmillətli
diplomatik xidmət orqanları (ÇXO-ları) arasındakı əməkdaşlıq, kiber cinayətlərə
dair araşdırmalarla yanaşı, elektron sübutlara və ÇXO-ların məlumatlarına aid
digər araşdırmalara da aiddir”.
Özəl
sektorun nöqteyi-nəzərindən danışan Avropa internet xidmətləri provayderləri
assosiasiyasının prezidenti Maksimilian Şubert isə bunları qeyd edib:
“Həm hüquq mühafizə orqanları, həm də
internet xidmətləri provayderləri (İXP-lər) internetin istifadəçilər üçün
təhlükəsiz olmasını istəyirlər. Lakin, daha fərqli düşüncə tərzinə malik
İXP-lər, istintaq və mühakimədən daha çox müştərilərin razı qalmasında
maraqlıdırlar.
Yanaşmalar fərqli olsa da, ümumi maraq var —
əməkdaşlığın qurulmasında bu vacib məqamı nəzərə almaq lazımdır”.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.