Avropa Komissiyası tərəfindən maliyyələşdirilən kütləvi təşəbbüs kimi 8-ci Avropa Kodlaşdırma Həftəsinin məqsədi hər kəsi əyləncəli və cəlbedici yollarla kodlaşdırma və rəqəmsal texnologiyalar ilə tanış etməkdir. Bu il sözügedən kampaniya oktyabrın 8-də baş tutmuş onlayn tədbir ilə açıq elan edilib. Oktyabrın 10-dan 25-nə qədər keçiriləcək Kodlaşdırma Həftəsinə çoxlu sayda onlayn fəaliyyətlər, eləcə də məktəblər, müəllimlər, kitabxanalar, müəssisələr və digərlərinin iştirak etmək imkanı qazandığı #CodeWeekDance yarışması daxildir.
İnnovasiya, Tədqiqat, Mədəniyyət, Təhsil və Gənclər üzrə Komissar Mariya Qabriel bildirib: “Bütün yaş qruplarında olan insanları proqramlaşdırma, kompüter işi və bir çox başqa texnoloji fəaliyyətlərə cəlb edən Aİ-nin Kodlaşdırma Həftəsi ilə yenidən işləyəcəyim üçün çox şadam. Məlum səbəblərdən bu ilki bütün fəaliyyətlərimizi onlayn formatda keçirməyimizə baxmayaraq, məqsədimiz eyni olaraq qalır. Biz Avropanın hər yerində milyonlarla insanı texnologiyalar ilə tanış etməyə, onların lazımi bacarıqlar mənimsəməyinə kömək etməyə və rəqəmsal texnologiyalar üzrə təhsil vasitəsilə səlahiyyətləndirməyə çalışacağıq”.
Keçən il Aİ Kodlaşdırma Həftəsinə dünyanın 80 ölkəsindən 4,2 milyon insan qatılıb.
Daha ətraflı məlumat
- Aİ Kodlaşdırma həftəsinin internet səhifəsi
- Açılış tədbiri Facebook və YouTube sosial şəbəkələrində canlı yayımlanıb