2020-ci ildə Avropa və dünyanın digər ölkələrində yerləşən məktəblərin üzləşdiyi çətinliklərə baxmayaraq, 84 ölkədən 3,4 milyondan artıq şagird və müəllim Aİ-nin Kodlaşdırma Həftəsi çərçivəsində keçirilən 72000-dən artıq kodlaşdırma tədbirində iştirak edib. Altı Şərqi tərəfdaşlıq ölkəsindən olan komandalar da yüzlərlə fəaliyyət ilə sözügedən həftədə iştirak ediblər.
Koronavirus pandemiyasına cavab olaraq Aİ Kodlaşdırma Həftəsi 2020-ci ildə yeni hibrid modelə keçərək Avropada və xaricdə məktəblərin onlayn iştirakını asanlaşdırmaq üçün virtual tədbirlər təqdim etmişdir.
Tədbirlər arasında onlayn tədbirlərin təqvimi, rəqəmsal xəzinələr ovu və həftənin virtual açılışı var. Həmin tədbirlərdə Daxili bazar üzrə Avropa Komissiarı Tyeri Breton, Professor Mitç Resnik, kitab müəllifi Linda Lyukas və Professor Alessandro Boqliolo iştirak edib.
Daxili Bazar üzrə Avropa Komissarı Tyeri Breton deyib: “Erkən yaşda hesablama düşüncəsinin formalaşması və kodlaşdırmanın əsaslarının öyrənilməsi gənc nəsli gələcəyə hazırlamaq istiqamətində əyləncə olmaqla yanaşı, həm də vacibdir. Hər kəsin təhsil almaq, işləmək, ünsiyyət qurmaq və onlayn xidmətlərdən təhlükəsiz şəkildə istifadə etmək üçün rəqəmsal bacarıqlara ehtiyacı var. Daha çox gəncin rəqəmsal texnologiyalar cəhətdən səlahiyyətləndirilməsi və rəqəmsal texnologiyalar sahəsində təhsil almasına və karyera qurmasına yönəlmiş Aİ Kodlaşdırma Həftəsində iştirak edən hər kəsi təbrik edirəm”.
Kodlaşdırma həftəsi çərçivəsində baş tutan tədbirlərin 84%-i məktəblərdə keçirilir
72000 tədbirin 19%-i onlayn, 84% -i isə məktəblər vasitəsilə təşkil edilib. Həftə ərzində keçirilən kodlaşdırma tədbirlərinin 55%-i oyun formatından, 20% isə əsas proqramlaşdırma konseptlərindən ibarət edib. Ancaq robot texnologiyası, oyunların dizaynı və ya verilənlərin manipulyasiyası kimi daha qabaqcıl STEM fəaliyyətlərinə yönələn fəaliyyətlərin sayında artım müşahidə olunub. Tədbirlərin 20%-də heç bir texnologiyadan istifadə edilmədiyi üçün tədbirdən “kənarlaşdırılıb”. Təşkil olunan tədbirlərdə iştirakçıların 41%-i qızlar, 59%-i isə oğlanlar, ortalama yaşları isə 10 olmuşdur.
Şərqi tərəfdaşlıq ölkələri
Şərq Tərəfdaşlığı ölkəsinin hamısı iştirak edir, Azərbaycan isə 230 tədbirlə regionda liderdir.
Ölkələrdəki bütün tədbirləri görmək üçün aşağıdakı linklərə klikləyin.
Ermənistan 34 tədbir
Azərbaycan 230 tədbir
Belarus 1 tədbir
Gürcüstan 48 tədbir
Moldova 59 tədbir
Ukrayna 186 tədbir
Müəllim hazırlığına diqqət dünyanın hər yerində şagirdləri əhatə etməyə kömək edib
Keçən il Kodlaşdırma Həftəsində müəllimlərin məktəbdə kodlaşdırma öyrətmələrinə kömək etmək üçün daha da çox onlayn resurs təqdim edilib. Yeni təlim materiallarına məktəblər üçün Süni intellektin əsaslarına dair kitab, Dayanıqlı məqsədlər üçün kodlaşdırma kitabı, bir sıra vebinarlar və Professor Alessandro Boqliolo tərəfindən Coding@Home adlı virtual seminar toplusu daxildir.
Bundan əlavə, dünyanın dörd bir yanından 4000 müəllim 2020-ci ildə təşkil olunmuş iki kütləvi açıq onlayn kursda (MOOCs) fəal iştirak edib. Mövzular arasında proqramlaşdırma, hesablama düşüncəsi, əyani proqramlaşdırma, robot texnikası və tətbiqlərin hazırlanması mövzuları yer alıb. “Məktəblər üçün süni intellektin əsasları” adlı yeni üç modullu MOOC 2021-ci il martın 8-də start götürür.
Aİ Kodlaşdıma Həftəsi nədir?
Aİ Kodlaşdırma Həftəsi könüllülər tərəfindən keçirilən yerli hərəkatdır. Dünyanın istənilən yerindən olan kodlaşdırma həftəsi səfirləri, aparıcı müəllimlər və kodlaşdırma sahəsində maraqlı olan digər şəxslər bu həftəyə qatıla bilər. Avropa Komissiyası və Avropa İttifaqı və onun xaricində təhsil nazirlikləri tərəfindən dəstəklənir. Avropa Komissiyası Aİ Kodlaşdırma Həftəsinə özünün Vahid rəqəmsal bazar strategiyası çərçivəsində və Rəqəmsal təhsil üzrə fəaliyyət planı vasitəsilə dəstək verir.
Aİ Kodlaşdırma Həftəsi növbəti dəfə 2021-ci il 9-24 oktyabr tarixlərində keçiriləcək.
Daha ətraflı məlumat
- Mətbuat üçün açıqlama
- Aİ Kodlaşdırma Həftəsi 2020-nin nəticələri (.pdf)
- Aİ Kodlaşdırma Həftəsi 2020 məlumat lövhəsi
- Müəllimlər üçün peşəkar hazırlıq: AI MOOC
- Resurslar: Coding@Home
- Resurslar: Öyrət və Öyrən
- Aİ Kodlaşdırma Həftəsi hamı üçün yarışma