2020-ci ilin 10-25 oktyabr tarixlərində keçiriləcək Aİ Kodlaşdırma həftəsi proqramlaşdırma və digər texniki fəaliyyətlər vasitəsi ilə yaradıcılığı, problemlərin həllini və əməkdaşlığı təşviq edən kütləvi hərəkatdır.
Məqsəd proqramlaşdırmanın əhəmiyyətini daha böyük kütləyə çatdırmaq, gənclərə, yetkinlərə və yaşlı insanlara ideyaların kodlar vasitəsilə necə həyata keçirildiyini göstərmək, bu bacarıqları aydınlaşdırmaq və öyrənməyə həvəsli insanları bir araya gətirməkdir.
Hər həs üçün kodlaşdırma həftəsi yarışmasına qoşulmaqla icmalar və sərhədlər boyunca fəaliyyətləri əlaqələndirmək və ya ölkənizdə Aİ-nin Kodlaşdırma həftəsi səfiri olaraq Kodlaşdırma həftəsi anlayışının yayılmasına kömək etməklə yaşadığınız şəhərdə kodlaşdırma ilə bağlı hər hansı bir tədbir təşkil edin və Aİ-nin Kodlaşdırma həftəsinə qoşulun!
2019-cu ildə Aİ-nin Kodlaşdırma həftəsinə 80-dən artıq ölkədən 4,2 milyon insan qoşulub.
Keçən il təşkil olunan tədbirlərdə iştirakçıların 49%-i qadın və qızlar, ortalama yaşları isə 11 olmuşdur. Aİ-nin Kodlaşdırma Həftəsi ilə bağlı təşkil olunan tədbirlərin 92%-i məktəblərdə keçirilir və bu da onu göstərir ki, 2019-cu ildəki kampaniyada müəllimləri səlahiyyətləndirmək səyləri uğurla nəticələnmişdir.
İstənilən şəxs hər hansı tədbirə qoşula və ya özü təşkil edə bilər. Sadəcə bir mövzu və hədəf auditoriya seçilməli və keçiriləcək tədbir xəritəyə əlavə edilməlidir.