Aİ tərəfindən maliyyələşdirilən layihələr rəqəmsal təhsil sahəsində inqilab yaradan innovativ tədris vasitələri təmin edir

  • Tarix: 21/05/20
  • Paylaş:

Koronavirus pandemiyası səbəbindən izolyasiyanın ilk bir neçə həftəsi ərzində etibarlı, istifadəsi asan rəqəmsal təhsil vasitələri tapmaq çətin idi. Müəllimlər, valideynlər və şagirdlər bir-birləri ilə əlaqə saxlamaqda çətinlik çəkirdi. Aİ-nin iki layihəsi müəllimlərə, valideynlərə və tələbələrə evdə qaldıqları müddət ərzində bir-birləri ilə əlaqə saxlamağa və işlərini davam etdirməyə kömək etmək üçün pulsuz onlayn xidmətlər təqdim edir.

Aİ tərəfindən maliyyələşdirilən Up2U layihəsi tədris üsullarında inqilab yaradan vasitələr toplusu təmin edir. Müəllimlər və tələbələrin COVID-19 səbəbindən izolyasiyanın ilk bir neçə həftəsində çıxış imkanı, bağlantı və motivasiya ilə bağlı problemlə üzləşdiyini görən Up2U layihəsinin işçi heyəti, platformasını iki həftəyə hazırlamağa qərar verdi.

GoLab ekosistemi Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (STEM) fənləri üzrə innovativ təlim texnologiyalarından istifadə edərək müəllimlər və tələbələr üçün geniş virtual laboratoriya toplusu təklif edir. Müəllimlər həmçinin Golabz adlı platformada öz laboratoriyalarını da yarada bilərlər.

Up2U layihəsi tərəfindən yaradılan openUp2U alətləri ilə məktəblərin yuxarı sinif şagirdləri və universitet tələbələri üçün tamamilə rəqəmsal mühit təmin etmək mümkündür. Onun dörd aləti var və istifadəçilərə öz dərslərini yaratmaq, şəxsi məzmunlarını saxlamaq və onlayn dərslərdə iştirak etmək imkanı verir. Tələbələr, müəllimlər və professorlar rəqəmsal multimedia məzmunu yarada, paylaşa və saxlaya, eləcə də belə məzmunlar üzrə iştirak və əməkdaşlıq edə biləcəklər.

Adı çəkilən layihə, rəqəmsal təhsil və tədrisin yeni istiqamətlərini və metodlarını dəstəkləyə biləcək bir icma da yaradır. Up2U, litsey və universitetlərə təhlükəsiz və etibarlı mühitdə rəqəmsal tədris və təlim təcrübələrini inkişaf etdirməkdə kömək edə biləcək bir sıra vasitə və xidmətlər təqdim edir. Bu vasitələr sinif daxilində və xaricində daha asan ünsiyyəti, qarşılıqlı əlaqələri yaxşılaşdırmaq və rəqəmsal əsrdə bilik əldə etmək üçün yeni yollar təmin etməyə imkan yaradır. Sözügedən layihə, GÉANT adlı ümumavropa tədqiqat və təhsil icması üzrə məlumat şəbəkəsi tərəfindən əlaqələndirilir.

Dünyada minlərlə məktəb, COVID-19 pandemiyası səbəbindən növbəti həftələr və hətta aylar bağlı qala bilər. Golabz platforması STEM fənlərinin (STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat fənlərini özündə birləşdirir) onlayn tədrisi üçün ekosistem təqdim edir. Bu platforma və bütün vasitələr (premium laboratoriyalar daxil olmaqla) ödənişsizdir.

GoLabs təşəbbüsü əvvəlcə Aİ tərəfindən maliyyələşdirilən FP7 Go-Lab layihəsi tərəfindən yaradılıb və sonra Horizon-2020 çərçivəsində maliyyələşdirilən Next-Lab layihəsi tərəfindən daha da təkmilləşdirilmiş və genişləndirilmişdir. Hər iki layihə Niderland Krallığının Tvente Universiteti (Universiteit Twente of the Netherlands) tərəfindən əlaqələndirilir. Layihələr çərçivəsində böyük onlayn laboratoriya toplusuna malik Golabz adlı paylaşma və müəllif platforması yaradılıb. Burada tələbələr STEM fənlərini öyrənmək üçün fərdi tətbiqlərdən yararlana, müəllimlər isə interaktiv sorğu tətbiqlərini sınaya, laboratoriya və tətbiqləri tələbə və həmkarları ilə bölüşdürülən Sorğu tədris məkanlarına birləşdirə bilərlər.