Avropa Komissiyasının institusional quruculuq alətlərini, Texniki Yardım və İnformasiya Mübadiləsi Alətini (TAIEX) və Tvinninq proqramını yenidən təşkili səyləri çərçivəsində Aİ-nin rəqəmsal siyasətinə dair silsilə vebinarları təqdim olunub. Artıq Şərq Tərəfdaşlığı ölkələrinin dövlət idarələri həmin vebinarlardan yararlana biləcək. Məqsəd COVID-19 pandemiyasından sonrakı dövrdə Aİ təcrübələrinin paylaşılmasını yaxşılaşdırmaqdır.
TAIEX tərəfindən təşkil olunan və Aİ-nin rəqəmsal texnologiyalar üzrə siyasətini və Yaşıl Təşəbbüsünü əhatə edən iki virtual tədbir ilk dəfə olaraq vebinar şəklində təqdim olunub. TAIEX-in yeni rəqəmsal imkanlarını və Avropa Komissiyasının prioritetlərini təşviq etmək məqsədilə artıq həmin vebinarlar bütün dünyada dövlət orqanları üçün əlçatandır. Ekspertlərin təqdimatından ibarət vebinarlara çox sayda dillərdə altyazı ilə baxmaq mümkündür.
İlk 12 ay tamamilə virtual formatda fəaliyyət göstərən TAIEX-in ziyarətçiləri orta hesabla 50% artıb və bu alət pandemiyaya qədərki 12 ayla müqayisədə hər bir tədbirə 58% daha çox mütəxəssis səfərbər edə bilib. Tədbirlər daha maraqlı, dinamik və təsirli hala gəlmişdir.
Avropa Komissiyası sizi həmin vebinarlara baxmağa və onları tərəfdaşlarınız ilə paylaşmağa dəvət edir.
Rəqəmsal texnologiyalara dair siyasət mövzusunda vebinarlar
Tədbirin gündəliyi və slaydlar: europa.eu/!bD37hd
Qısa reklam elanı: vimeo.com/568494412
Hissə 1 – Rəqəmsal texnologiyalara keçidin gücləndirilməsi: vimeo.com/568567767
Hissə 2 – Avropa verilənlər strategiyası: vimeo.com/568582478
Hissə 3 – Süni intellekt: vimeo.com/568587221
Hissə 4 – Kibertəhlükəsizlik və 5G alət paneli: vimeo.com/568589471
Hissə 5 – Rəqəmsal xidmətlər aktı: vimeo.com/568591032
Hissə 6 – Rəqəmsal təhsilə dair fəaliyyət planı: vimeo.com/568593065
Hissə 7 – Vahid enerji doldurma qurğusu təşəbbüsü: vimeo.com/568597505
Hissə 8 – Sənaye siyasəti: vimeo.com/568599764
Hissə 9 – Vahid bazar maneələri: vimeo.com/568602693
Hissə 10 – Vahid bazarın gücləndirilməsinə dair fəaliyyət planı: vimeo.com/568604227
Hissə 11 – KOB-ların dəstəklənməsi: vimeo.com/568605717
Hissə 12 – Rəqəmsal maliyyə strategiyası: vimeo.com/568607452
Hissə 13 – Rəqəmsal bazarlara dair akt: vimeo.com/568609735
Hissə 14 – “Horizon Europe” proqramı: vimeo.com/568612145