Avropa Komissiyası, Aİ-nin Kibertəhlükəsizlik üzrə Agentliyi (ENİSA), Aİ təsisatları, qurumları və agentlikləri üzrə Kompüter İnsidentlərinə Qarşı Cavab Qrupu (CERT-EU) və Europol tərəfindən açıqlanan birgə bəyanatda koronavirus infeksiyasının yayılması səbəbindən milyonlarla insanın məsafədən işləməyə və təhsil almağa məsbur olduğu bir dövrdə Aİ təsisatlarının kibertəhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyət gördüyü bildirilir.
“Virusa yoluxma hallarının artması geniş narahatlığa və çoxlu sayda insanın evdən işləməsinə səbəb oldu. Cinayətkarlar bu yeni çətin şəraitdən fürsət kimi istifadə edərək məsafədən çalışan işçiləri, müəssisələri və fərdi şəxsləri hədəfə ala bilərlər. Sözügedən cinayətkar xarakterli fəaliyyətləri izləmək, müvafiq cəmiyyəylərdə maarifləndirmə işini gücləndirmək və qapalı məkanlarda qalan vətəndaşları qorumaq məqsədilə müvafiq Aİ qurumları bir-birləri ilə sıx əlaqə saxlayırlar”, bunlar martın 20-də açıqlanan bəyanatda deyilir.
“Avropa Komissiyası, ENISA, CERT-EU, Europol və digər qurumlar Aİ və dünya üçün daha təhlükəsiz kiberməkanın təmin olunması məqsədilə vəziyyətə nəzarət etməyə və müvafiq qaydada əlaqələndirmə işi həyata keçirməyə davam edəcəklər”.