EU4Digital: Elektron ticarət şəbəkəsinin 10-cu seminarı keçirilib

  • Tarix: 11/06/21
  • Paylaş:

8-9 iyun tarixlərində EU4Digital proqramının Elektron ticarət şəbəkəsinin 10-cu seminarı keçirilib. Tədbirdə altı Şərqi tərəfdaşlıq ölkəsinin və Aİ-nin elektron ticarət sahəsində fəaliyyət göstərən aparıcı qurumlarının nümayəndələri iştirak edib.

İştirakçıların müzakirə etdiyi mövzular bunlardır:

  • Elektron ticarət şəbəkəsinin 2021-2025-ci illər üzrə fəaliyyət planındakı olan son yeniliklər;
  • ŞT-də dayanıqlı rəqəmsal transformasiyaya dair proqrama daxil ediləcək əsas məqsəd və nəticələr;
  • Elektron çatdırılma, Elektron kommersiya, Elektron gömrük və Rəqəmsal Nəqliyyat Dəhlizi kimi EU4Digital Proqramı çərçivəsində elektron ticarət sahəsində görülən işlərin son vəziyyəti, əldə olunan nəticələr və gələcək planlar.

Bundan başqa, tədbirdə Aİ-nin aparıcı qurumlarının nümayəndələri həm normativ-hüquqi aktlar, həm də innovasiyalar baxımından görülən işlərin nəticələrini təqdim ediblər. Təqdimatların əhatə etdiyi sahələr bunlardır:

  • Avropa Komissiyasının İnformatika üzrə Baş Direktoratının (DG DIGIT) nümayəndələri “Connecting Europe” proqramının mühüm komponentlərindən biri olan Böyük Verilənlər üçün Sınaq İnfrastruktur layihəsini təqdim ediblər.
  • Komissiyanın Yerdəyişmə və Nəqliyyat üzrə Baş Direktoratının (DG MOVE) nümayəndələri isə elektron yük daşımalarında tənzimləmələrə dair son yeniliklər və Aİ-nin bu sahədəki fəaliyyətinə dair təqdimatla çıxış ediblər.
  • Almaniyanın Elektron kommersiya assosiasiyası isə 2021-ci ildə Aİ-də tətbiq olunan Elektron kommersiya üzrə ƏDV paketinə hazırlıq ilə bağlı görülən işləri təqdim edib.

EU4Digital proqramının Elektron ticarət şəbəkəsinin əlaqələndiricisi İqor Mixaylovski və EU4Digital proqramının qrup lideri Artur Piliponis tədbiri açıq elan edərək ikigünlük şəbəkə tədbirinin hədəflərini açıqlayıblar. Ardınca Elektron ticarət şəbəkəsinin fəaliyyət planının icra vəziyyəti, eləcə də məqsədləri və gələcək planları haqqında ümumi məlumat verilib. Mövzular arasında transsərhəd elektron xidmətlərin qarşılıqlı fəaliyyətinin daha da artırılması, rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılması, sərhədlərin idarə edilməsinin və əlaqələndirilməsinin gücləndirilməsi və elektron kommersiya üzrə tənzimləyici və texniki şəraitin gücləndirilməsi də olub.

Daha sonra transsərhəd elektron ticarət (Elektron çatdırılma) mövzusu diqqət mərkəzində olub. İlk növbədə, Transsərhəd elektron ticarət üzrə işçi qrupunun sədri Karen Martirosyan 2021-2025-ci illər üzrə təklif olunan mühüm fəaliyyətləri təqdim edib. Onlar arasında Şərqi tərəfdaşlıq ölkəsində elektron ticarət sistemlərinin qurulması üçün vahid pəncərə modelinin yaradılmasına ehtiyac, o cümlədən Mənşə sertifikatının qarşılıqlı tanınması və mübadiləsinin təmin olunması da var. Təqdimatların ardınca EU4Digital Proqramının elektron ticarət istiqaməti üzrə qrup rəhbəri Ruta Salvite-Tamosiyuniyen Elektron çatdırılma pilot layihəsinin yekunlaşdırılması və gələcək planlar haqqında danışıb. O, layihənin əsas faydalı nəticələrindən biri kimi pilot ölkələrin həm texniki, həm də təşkilati baxımdan qlobal Peppol elektron çatdırılma şəbəkəsinə qoşulmasını qeyd edib. Bu, bütün dünyada 30-dan artıq üzv ölkə arasında satınalma məlumatlarının etibarlı və təhlükəsiz mübadiləsinə imkan verir. Eyni zamanda EU4Digital proqramının aparıcı ekspertləri Conas Zalinkevicius və Risardas Bedulskis sözügedən pilot layihə dövründə Şərqi tərəfdaşlıq ölkələri ilə əməkdaşlıq təcrübəsindən söz açaraq həmin ölkələrin “Connecting Europe” proqramının digər əsas komponentlərindən (rəqəmsal texnoloji həllər) yararlana bilməsi üçün müraciət etmələrini tövsiyə ediblər.

Sonra DG DIGIT-in nümayəndələri bir sıra məlumat və analitik xidmətlər təqdim edən və dövlət qurumlarına Big Data texnologiyaları ilə təcrübələr aparmağa və məlumat əsaslı qərar qəbul etməyə imkan verən Böyük Verilənlər üçün Sınaq İnfrastruktur layihəsini (BDTI) təqdim ediblər. BDTI texnoloji həlli, mətnlərin təhlili, sosial media analitikası, müştəri və ya əhali seqmenti, veb-analitika və hətta COVİD-19 pandemiyası ilə bağlı məlumatların təhlili kimi bir çox sahələrdə tətbiq oluna bilər. Buna uyğun olaraq pandemiya ilə əlaqədar hazırda davam edən bir neçə pilot layihələrin tətbiq variantları təqdim edilib. Birincisi, COVID-19 pandemiyasından əvvəl, pandemiya dövründə və ondan sonra toplanan çoxsaylı məlumat dəstlərinin proqnozlaşdırıcı, təsviri və ardıcıl təhlili yolu ilə BDTI-dən istifadə edərək Florensiya şəhərinin dəstəklənməsi. Eyni zamanda, COVID-19 virusundan sağalan xəstələrin plazmasının müalicə vasitəsi olaraq tədqiq olunmasında Avropa Qan Alyansı və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin dəstəklənməsi.

Tədbir elektron gömrük işçi qrupunun rəhbəri Avtandil Çelidze tərəfindən təqdim olunan növbəti dörd il ərzində elektron gömrük komponenti üçün təklif olunan fəaliyyətlərə baxış ilə davam edib. O, Səlahiyyətli operator proqramlarının və digərlərinin fəaliyyətlərinin qarşılıqlı tanınmasını təmin etmək üçün gömrük məlumat mübadiləsi mexanizmlərinin sınaqdan keçirilməsinin vacibliyini vurğulayıb. EU4Digital proqramının mütəxəssisi Qreta Matulayt EU4Digital proqramı çərçivəsində elektron gömrük sahəsində görülən işlərə nəzər salıb. Belarus və Litvanın gömrük qurumları arasında Aİ-ŞT pilot layihəsinin uğurla başa çatdığı elan edilib. Lakin Şərq Tərəfdaşlığı ölkələri arasında belə bir pilot layihənin həyata keçirilməsi üçün hələ də razılığa gəlinməyib. Bundan əlavə, EU4Digital proqramının baş mütəxəssisi Vladimir Obucina, SEED texnoloji həllinin əsas üstünlükləri və onun həm NCTS (Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi), həm də TRACES (Ticarətə Nəzarəti və Ekspert Sistemi) ilə uyğunluğu barədə ətraflı məlumat verib.

2021-2025-ci illərdə davamlı rəqəmsal transformasiya üzrə ŞT proqramının məqsədləri və nəticələri barədə Elektron logistika (eLogistics) və Rəqəmsal Nəqliyyat Dəhlizi (DTC) işçi qrupunun təkliflərini həmin işçi qrupunun sədri Valeri Virkovski təqdim edib. O, əsas hədəf olaraq Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında rəqəmsal nəqliyyat dəhlizinin yaradılmasının vacibliyini vurğulayıb. Bundan əlavə, Ruta Salvite-Tamosiyuniyen, Arturas Piliponis ilə birlikdə EU4Digital proqramı çərçivəsində tamamlanan DTC layihəsinə dair son yenilikləri təqdim edib. Baltik və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizinin yaradılması ilə bağlı növbəti addımlar barədə razılığa gəlmək üçün hazırda qlobal təşkilatlarla yanaşı, Aİ və Şərqi tərəfdaşlıq ölkələrində müzakirələr və razılaşmalar davam edir.

Tədbirin ilk günü DG MOVE-un nümayəndəsi tərəfindən elektron yük daşımalarında tənzimləmələrə dair son yeniliklər və Aİ-nin bu sahədəki fəaliyyətinə dair təqdimatla sona çatıb.

Elektron ticarət şəbəkəsinin seminarının ikinci günü elektron kommersiya sahəsinə həsr olunub. İlk olaraq Elektron kommersiya işçi qrupunun rəhbəri Tofiq Babayev elektron ticarət sahəsində planlaşdırılan əsas tədbirlər haqqında ümumi məlumat verib, eyni zamanda Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında müvafiq qanunvericiliyin, standartların, iş proseslərinin və məlumat formatlarının uyğunlaşdırılması zərurətini diqqətə çatdırıb. EU4Digital proqramının aparıcı eksperti Valter Trezek  və Volodimir Kovalenko başa çatmış elektron kommersiya pilot layihəsinin konsepsiyasını təqdim edib. Onlar layihənin fərqli bazarlarda məhsulların siyahısı, məhsul məlumatlarının bir yerdən idarə olunması, virtual anbar vasitəsilə elektron kommersiya üzrə məlumatların avtomatik mübadiləsi, daha sürətli çatdırılma kimi faydalarından söz açıblar. Hazırda EU4Digital proqramı sözügedən texnoloji həllin istehsal sahəsində tətbiqi ilə bağlı tövsiyələr hazırlayır. 2021-ci ilin iyun ayında benefisiarlara texnoloji həllin və texniki sənədlərin verilməsi nəzərdə tutulur. Bu pilot layihə ilə EU4Digital və pilot ölkələr rəqəmsal elektron kommersiyanın yeni yolları – KOB-lar, poçt və hökumıət orqanları arasında elektron kommersiya məlumatlarının elektron mübadiləsi haqqında məlumatlandırılmanı artırıb.

Daha sonra Almaniya elektron kommersiya assosiasiyasının nümayəndəsi Aİ-də 2021-ci ildə tətbiq edilən Elektron kommersiya üzrə ƏDV paketinə hazırlıq istiqamətində görülən işlər haqqında danışıb.

Elektron kommersiya üzrə sessiya ilə yanaşı, EU4Digital həmçinin Elektron ticarət şəbəkəsinin seminarı ilə paralel olaraq Elektron kommersiya pilot texnoloji həllin virtual nümayişini keçirib. 

Tədbirin sonunda İqor Mixaylovski Şərqi tərəfdaşlıq ölkələrindən olan nümayəndələrin Elektron ticarət şəbəkəsinin məqsədlərinə xidmət etməklə bir-biri ilə, Aİ və digər potensial donorlarla həm milli, həm də regional maraqların səmərəli və məhsuldar icrasını təmin etmək üçün əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıb. Şərq Tərəfdaşlığı proqramının Şərqi tərəfdaşlıq ölkələri və Aİ arasında qarşılıqlı ticarət, kommersiya və standartların uyğunlaşdırılmasına bundan sonra da dəstək verməsi gözlənilir.

Tədbir zamanı paylaşılan təqdimatlarla buradan tanış ola bilərsiniz. Əlavə məlumat. Tədbir, EU4Digital təşəbbüsünün Elektron ticarət şəbəkəsi tərəfindən ildə iki dəfə keçirilən sessiyalar çərçivəsində təşkil edilmişdir. Məlumatlı qalmaq üçün Xəbər bülleteninə abunə olun.