EU4Digital Azərbaycanda Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalara dair təlim keçirir
Tarix:
06/10/20
EU4Digital proqramı 2020-ci il oktyabrın 6-da Azərbaycan üçün Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiyalara dair virtual təlim təşkil edəcək.
Təlimin məqsədi Azərbaycanda fəaliyyət göstərən yerli ekspertləri milli koalisiyaların idarə olunması prinsipləri ilə tanış etmək və Azərbaycanda Rəqəmsal bacarıqlar və məşğulluq üzrə milli koalisiya yaradıldıqdan sonra növbəti mərhələlər ilə bağlı tövsiyələri müzakirə etməkdir.
Təlim aşağıdakı məsələləri əhatə edəcək:
Rəqəmsal bacarıqlar üzrə milli strategiya və layihələrin müəyyənləşdirilməsində Milli koalisiyaların əhəmiyyəti;
Milli koalisiyalar üzrə fəaliyyət planları və təbliğat və idarəetmə ilə bağlı fəaliyyətlər;
Sözügedən təlim EU4Digital proqramının rəqəmsal bacarıqlar tematik sahəsi çərçivəsində keçiriləcək və buraya rəqəmsal bacarıqlar mövzusunda Aİ və Şərqi tərəfdaşlıq ölkələri arasında qabaqcıl təcrübə mübadiləsini dəstəkləmək üçün bir sıra təlimlər, konfranslar və səfərlər daxildir. Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən 2020-ci il aprelin 29-da keçirilən seminar zamanı təlimlər ilə bağlı prioritetlər müəyyən edilmişdir.
EU4Digital təşəbbüsünün Rəqəmsal bacarıqlar şəbəkəsi Şərqi tərəfdaşlıq ölkələri arasında və Aİ ilə qabaqcıl təcrübə mübadiləsi üçün platforma rolunu oynayaraq sinerjilərin və birgə uyğunlaşdırma layihələrinin hazırlanması ilə bağlı ideyaları təşviq edir, eləcə də rəqəmsal bacarıqların inkişafı ilə bağlı ekspertlərin ətraflı qiymətləndirmələrini təmin edir. EU4Digital proqramı, təlimlərin, konfransların və qanunvericilər və təlim təminatçılarının Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərinin təşkili və Milli koalisiyaların yaradılmasına dəstək kimi bir sıra fəaliyyətlər vasitəsilə Şərqi tərəfdaşlıq ölkələrinə dəstək verir.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.