EU4Digital proqramının yeni kampaniyası qadınların İKT sektorunda iştirakının artırılmasına yönəlmişdir

  • Tarix: 18/09/20
  • Paylaş:

Şərqi tərəfdaşlıq ölkələrində Texnologiya sektorunda qadınlar üçün mentorluq proqramlarına dəstək məqsədilə icra etməyə başladığı yeni fəaliyyəti ilə EU4Digital proqramı qadınların texnologiya sektorunda iştirakının artırılması ilə yanaşı, İKT innovasiyalara dəstəyin vacibliyini vurğulayan bir kampaniya həyata keçirmişdir.

Yerli mətbuatda və sosial mediada təbliğ olunan bu kampaniya, yerli media tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində hazırlanan bir sıra həyat hekayələri ətrafında qurulmuşdur. Həyat hekayələrində Şərqi tərəfdaşlıq ölkələrində İT sahəsində çalışan qadınların qarşılaşdıqları çətinliklərdən, gender ilə bağlı maneləri necə keçdiklərindən və milli səviyyədə, eləcə də Avropa İttifaqı və EU4Digital təşəbbüsü daxil olmaqla beynəlxalq tərəfdaşların dəstəyi ilə həmin qadınlara dəstək məqsədilə görülən tədbirlərdən bəhs olunur.

Onların həyat hekayələrini buradan oxuya bilərsiniz:

Bir sıra infoqrafik videolar vasitəsilə sosial media paylaşımlarında İKT innovasiyaların əhəmiyyəti və bu sektorda qadınların qarşılaşdığı çətinliklər vurğulanıb, eləcə də texnologiya sektorunda uğur qazanmış qadınlar nümayiş olunub.

Kampaniyada həmçinin əsas sahələrdəki fəaliyyətləri təsvir edən məlumat bülleteni vasitəsilə İKT innovasiyalar fəaliyyət istiqaməti təbliğ edilib və altı tərəfdaş ölkənin hər birində İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələri üzrə EU4Digital proqramının dəstəyi vurğulanmışdır, eyni zamanda Aİ-nin qabaqcıl təcrübələrini əks etdirən bir sıra məqalələr və hər bir ölkə üzrə siyasətə dair tövsiyələr nəşr edilmişdir.