

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital İKT-nin innovativ inkişafı üzrə mühüm siyasət sahələrinə dair ölkələr tərəfindən həyata keçiriləcək fəaliyyət planları təqdim edir
Tarix: 14/07/20
EU4Digital proqramı İKT-nin innovativ inkişafı üzrə seçilmiş prioritet siyasət sahələrində milli siyasət alətlərinə dair altı Şərqi tərəfdaş ölkəsinə tövsiyə xarakterli dəstəyinin təmin olunması ilə bağlı bir illik işinə yekun vurub.
Seçilmiş siyasət sahələri aşağıdakılardır:
- Rəqəmsal innovasiyalar üzrə əqli mülkiyyət hüquqlarının idarə edilməsi (Ermənistan);
- İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar (Azərbaycan)
- Rəqəmsal innovasiyalar üzrə KOM-ların maliyyəyə çıxışı (Gürcüstan, Ukrayna);
- Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT-nin innovativ inkişafına dair eksositemlər (Moldova);
- Sənayenin rəqəmsallaşdırılması (ənənəvi sektorlarda KOM-ların rəqəmsal transformasiyası) (Belarus).
Sözügedən proqram adı çəkilən sahələrin hər biri üzrə Aİ-nin qabaqcıl təcrübələrini öyrənərək və hər bir ölkədə boşluqların təhlilini həyata keçirərək Şərqi Qonşuluq ölkələri tərəfindən mənimsənilə bilən xüsusi Aİ alətlərini, platformalarını və təcrübələrini müəyyənləşdirən tövsiyələr hazırlamışdır. Proqram, eyni zamanda, Şərqi tərəfdaş ölkələri ilə əməkdaşlıq üçün potensial tərəfdaş hesab edilən və innovasiyalar üzrə siyasətin həyata keçirilməsində yaxşı təcrübəyə malik 200-dən artıq Aİ təşkilatının siyahısını tərtib etmişdir.
Bu təhlildən sonra proqramın yekun işi nəticəsində milli səviyyədə maliyyələşdirilən və ya Aİ tərəfindən dəstəklənən layihələr vasitəsilə gələcəkdə həyata keçiriləcək layihələrin əsasını qoyan altı milli fəaliyyət planı hazırlanmışdır. Fəaliyyət planlarında tərəflərin müəyyən tədbirlərin sahibi kimi aparıcı rol oynaması və ya onların icrasında komandanın tərkib hissəsi olmağında maraqlı olduğu qeyd olunub. Təklif olunan tədbirlərin cari vəziyyəti, icrası üzrə nümunəvi müddəti və Aİ təcrübəsinə əsaslanaraq icrasına dair yanaşmalar da fəaliyyət planlarında göstərilmişdir.
Bu fəaliyyət zamanı maraqlı tərəflərdən ibarət böyük icma səfərbər edilib və 2020-ci ilin may və iyun aylarında keçirilən və 60 özəl və dövlət sektorunu təmsil edən təşkilatdan 100-dən artıq maraqlı tərəfin iştirakı ilə keçirilən məsləhətləşmələr nəticəsində rəylər toplanmışdır. EU4Digital nəticələri benefisiar ölkələrə və Aİ-yə təqdim etmişdir.
Ermənistan
2020-ci il iyun ayının 16-da “Rəqəmsal innovasiyalar üzrə əqli mülkiyyət hüquqlarının idarə edilməsi” adlı siyasət sahəsi ilə əlaqədar ölkənin maraqlı tərəfləri ilə məsləhətləşmələr keçirilib.
Bu sahədə təklif olunan fəaliyyət planı, beynəlxalq bazarlarda əqli mülkiyyət (ƏM) aktivlərini səmərəli şəkildə idarə etmək üçün rəqəmsal innovasiyalar vasitəsi ilə startap və KOM-ları dəstəkləmək üçün ekosistemin potensialını gücləndirməyə kömək edə biləcək praktiki tədbirləri müəyyənləşdirmək məqsədi daşıyır.
Müzakirələrdə Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi əlaqələndirici qismində olmaqla dövlət sektoru, təhsil, qeyri-hökumət təşkilatları və özəl sektor daxil olmaqla seçilmiş mövzu ilə əlaqəli yeddi əsas təşkilat iştirak etmişdir.
Moldova
2020-ci il may ayının 15-də Moldovada “Startaplar və böyüməkdə olan şirkətlər üçün İKT-nin innovativ inkişafına dair ekosistemlər” adlı siyasət sahəsi ilə əlaqədar ölkənin maraqlı tərəfləri ilə məsləhətləşmələr keçirilib.
Rəqəmsal innovasiyalar üzrə ekosistem insanlar, müxtəlif inkişaf mərhələrində olan startaplar və şirkətlər tərəfindən yaradılan, rəqəmsal innovasiyaların yaradılması və dəstəklənməsi sistemi kimi qarşılıqlı fəaliyyət göstərən müxtəlif növ təşkilatlardır.
Müzakirələrdə İqtisadiyyat və İnfrastruktur Nazirliyi əlaqələndirici qismində olmaqla dövlət və özəl sektoru daxil olmaqla seçilmiş mövzu ilə əlaqəli beş əsas təşkilat iştirak etmişdir.
Azərbaycan
2020-ci il iyun ayının 12-də Azərbaycanda “İKT-nin innovativ inkişafına dəstək verən yeni təşkilati formalar” adlı siyasət sahəsi ilə əlaqədar ölkənin maraqlı tərəfləri ilə məsləhətləşmələr keçirilib.
Bu siyasət sahəsi ekosistemdə rəqəmsal innovasiyalara dəstək olaraq meydana gələn müasir təşkilati formaları əhatə edir: innovasiya qrupları və klaster təşkilatları, akseleratorlar, səlahiyyət mərkəzləri, rəqəmsal innovasiya mərkəzləri və rəqəmsal innovasiyalar üzrə dövlət və özəl sektor arasında əməkdaşlıq. Fəaliyyət planında adı çəkilən yeni təşkilati formaların daha geniş istifadəsi və səmərəli işləməsi üçün şəraitin yaxşılaşdırılması üçün potensial sahələr nəzərdən keçirilir.
Müzakirələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əlaqələndirici qismində olmaqla dövlət və özəl sektor daxil olmaqla seçilmiş mövzu ilə əlaqəli yeddi əsas təşkilat iştirak etmişdir.
Ukrayna və Gürcüstan
2020-ci il may ayının 22-də Ukraynada və 2020-ci il may ayının 29-da Gürcüstanda “Rəqəmsal innovasiyalar üzrə KOM-ların maliyyəyə çıxışı” adlı siyasət sahəsi ilə əlaqədar ölkənin maraqlı tərəfləri ilə məsləhətləşmələr keçirilib.
Bu siyasət sahəsi istər startap, istərsə də rəqəmsal innovasiyaların biznes modelinin əsasını təşkil edən kiçik və orta müəssisələrin maliyyə ehtiyaclarını, eləcə də əməliyyatların səmərəliliyini artırmaq üçün rəqəmsal innovasiyalara imza ata biləcək ənənəvi sənaye sahələrində mövcud olan müəssisələri əhatə edir.
Ukraynadakı müzakirələrdə Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi əlaqələndirici qismində olmaqla on yeddi əsas təşkilat iştirak etmişdir.
Gürcüstandakı müzakirələrdə Gürcüstanın İnnovasiya və Texnologiya Agentliyi əlaqələndirici qismində olmaqla dövlət və özəl sektor daxil olmaqla seçilmiş mövzu ilə əlaqəli yeddi əsas təşkilat iştirak etmişdir.
Belarus
2020-ci il iyun ayının 12-də Ukraynada və 2020-ci il may ayının 29-da Belarusda “Sənayenin rəqəmsallaşdırılması (ənənəvi sektorlarda KOM-ların rəqəmsal transformasiyası)” adlı siyasət sahəsi ilə əlaqədar ölkənin maraqlı tərəfləri ilə məsləhətləşmələr keçirilib.
Bu mövzu, fəaliyyət göstəricilərini və biznes modellərinin rəqabət qabiliyyətini artırmaq məqsədilə rəqəmsal texnologiyalar və rəqəmsal innovasiyalar (rəqəmsal transformasiya) mənimsəməyə çalışan kiçik və orta müəssisələrin (KOM-ların) ehtiyaclarını əhatə edir. KOM-lar rəqəmsallaşan iqtisadiyyatda spesifik hədəf qrupu hesab edilir, çünki mürəkkəb və təkrarlanan iş olan rəqəmsal transformasiyaya özlərini həsr etmək üçün maddi və insan resursları yoxdur.
Müzakirələrdə Belarus Respublikasının İqtisadiyyat Nazirliyi əlaqələndirici qismində olmaqla dövlət və özəl sektor, təhsil sektoru daxil olmaqla seçilmiş mövzu ilə əlaqəli on yeddi əsas təşkilat iştirak etmişdir.
Tövsiyələrin hərtərəfli siyahısını ehtiva edən ölkə üzrə fəaliyyət planları tezliklə EU4Digital Kitabxanasında əlçatan olacaq.
- Azərbaycan
- Belarus
- Ermənistan
- Gürcüstan
- Moldova
- Ukrayna
- İKT-nin innovativ inkişafı
Daha çox xəbər
28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu

28/11/2023
Rəqəmsal İpək Yolu layihəsi Azərbaycana və Gürcüstana inkişaf vəd edir
Azərbaycan və Gürcüstan Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirən fiber-optik telekommunikasiya “dəhliz…
Daha çox oxu
27/11/2023
Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstan üçün Aİ üzvlüyünə namizəd statusunun dəyişdirilməsini tövsiyə edir
8 noyabr 2023-cü il tarixində Avropa Komissiyası Avropa İttifaqı Şurasına Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü…
Daha çox oxu
21/11/2023
Rəqəmsal bağlantı: Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya üçün yeni imkanlar
Səhiyyə, təhsil, maliyyə, biznes və dövlət idarəçiliyi sahələrində xidmətlərin onlayn formada təminatı artdıqc…
Daha çox oxu