Mayın 30-da EU4Digital proqramının DESI Sürətləndiricisi işə salınıb
Tarix: 14/06/23
EU4Digital proqramının Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi (DESI) çərçivəsindəki sürətləndirici layihəsi 30 may 2023-cü il tarixindən etibarən icra olunmağa başlayıb. DESI Sürətləndiricisinə dair birgünlük açılış tədbiri bu fəaliyyətə, onun faydaları və Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində DESİ-nin tətbiqinə dair planlar haqqında məlumatlılığı artırmağa yönəlib.
DESI Avropa İttifaqında iqtisadiyyatın və cəmiyyətin rəqəmsallaşma dərəcəsini qiymətləndirməyə kömək edən bir vasitədir. O, bağlantı, insan kapitalı, internetdən istifadə, rəqəmsal texnologiyalar və rəqəmsal hökumət xidmətləri sahəsində inteqrasiya kimi beş əsas sahənin inkişafını izləmək üçün istifadə olunur. Bu məsələlər rəqəmsal transformasiya prosesinin həyata keçirilməsi kontekstində aktual olmaqla yanaşı, həm də vacib əhəmiyyət daşıyır.
EU4Digital proqramının DESI Sürətləndirici layihəsinin təqdimatı zamanı EU4Digital proqramının Rəqəmsal bacarıqlar sahəsi üzrə rəhbəri Atis Miqals fəaliyyət planını və layihənin faydalarını təqdim edib. O, DESI sürətləndiricisi üzrə fəaliyyətlərdə Şərq Tərəfdaşlığının nümayəndələrinə dəstək olmaq üçün materiallar təqdim edib və tövsiyələr verib. Buraya Şərq Tərəfdaşlığı ölkələrində DESİ-nin ölçülməsi və DESİ-nin tətbiqi metodologiyası haqqında məlumat toplamaq üçün sorğu daxildir.
Tədbirin ikinci hissəsində Şərq Tərəfdaşlığı ölkələrində bu vasitənin tətbiqinin xüsusiyyətləri diqqət mərkəzində olub və DESİ-nin təqdimatına həsr olunub. EU4Digital proqramının Rəqəmsal bacarıqlar istiqaməti üzrə baş ekspertləri Mara Cakobson və Vita Vitola-Lapina DESI ilə bağlı fəaliyyətlərin gedişatı, Avropa İttifaqının Rəqəmsal Onilliyi ilə qarşılıqlı əlaqələr və metodoloji cəhətləri, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrində DESI-nin praktiki tətbiqi ilə bağlı potensial problemlər haqqında geniş məlumat veriblər.
Tədbir beş Şərq Tərəfdaşlığı ölkəsinin nümayəndələri ilə gələcək əməkdaşlığa və onların EU4Digital proqramının DESI sürətləndiricisi proqramında iştirakına zəmin yaradıb.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.