EU4Digital Proqramının Elektron səhiyyə tematik sahəsinin işçi heyəti dekabrın 22-də bu yaxınlarda yekunlaşdırılmış “ŞT ölkələrində elektron səhiyyə sahəsinin uzlaşdırılmasına dair təlimatları” təqdim etmək və onları müzakirə etmək məqsədilə adı çəkilən şəbəkənin nümayəndələri, Aİ Nümayəndəliklərindən rəsmi şəxslər və altı Şərqi tərəfdaşlıq ölkəsindən digər maraqlı tərəflərin iştirakı ilə iclas keçirəcək.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin nümayəndələri ŞT ölkələrində elektron səhiyyə sahəsində uzlaşma ilə bağlı yekunlaşdırılmış ümumi təlimatlara dair əsas tövsiyələrini bölüşəcəklər. Məqsəd ŞT regionunda uyğunlaşdırılmış transsərhəd rəqəmsal səhiyyə infrastrukturuna nail olmaq üçün praktiki vasitələrin irəli sürülməsidir.
Tədbirin ikinci hissəsində təqdim olunan təlimatlara dair rəylər və şərhlər müzakirə olunacaq. Elektron səhiyyə üzrə şəbəkənin şərh və əlavə fikirləri dinləniləcək.