2020-ci il dekabrın 22-də elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyətə dair təlimatları təqdim etmək və onların gələcək istifadəsini müzakirə etmək məqsədilə EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsi altı Şərqi tərəfdaşlıq ölkəsindən olan Elektron səhiyyə şəbəkəsinin nümayəndələrinin iştirakı ilə tədbir təşkil edib.
Qarşılıqlı fəaliyyət müxtəlif sistemlərin, təşkilatların və ya ölkələrin səhiyyəyə dair məlumatların mübadiləsi və onlardan düzgün istifadəsi deməkdir.
Onlayn iclasda Şərqi tərəfdaşlıq ölkələrindən nazirliklərin və elektron səhiyyə şəbəkəsinin nümayəndələri, Aİ Nümayəndəliklərinin üzvləri və digər maraqlı tərəflər iştirak edib. EU4Digital proqramının qrup lideri Artur Piliponis iştirakçıları salamlayıb.
EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin nümayəndələri ŞT ölkələrində elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət ilə bağlı yekunlaşdırılmış ümumi təlimatlara dair əsas tövsiyələrini bölüşüblər. Məqsəd ŞT regionunda uyğunlaşdırılmış transsərhəd rəqəmsal səhiyyə infrastrukturuna nail olmaq üçün praktiki vasitələrin irəli sürülməsidir.
İştirakçılar təlimatların yekun sənədi ilə əlaqəli rəy, şərh və əlavə fikirlərini də bölüşmək imkanı əldə ediblər. Tədbirin sonunda Elektron səhiyyə istiqamətinin nümayəndələri Şərqi tərəfdaşlıq ölkələrində Elektron səhiyyə sahəsində transsərhəd əməkdaşlığı daha da dəstəkləmək üçün 2021-ci ildə planlaşdırılan tədbirləri təqdim ediblər.