EU4Digital təşəbbüsünün Elektron səhiyyə üzrə komandası altı Şərq Tərəfdaşlığı (ŞT) ölkəsindən maraqlı tərəfləri bir araya toplamaqla Elektron səhiyyə sahəsində əməkdaşlığa şərait yaratmaq məqsədilə fevralın 11-də onlayn seminar təşkil edir.
İnformasiya və rabitə üzrə onlayn seminarının məqsədi ŞT ölkələri arasında Elektron səhiyyə sahəsində maraqlı tərəflərin oxşar maraqlarını müzakirə etmək və Aİ-nin proqram, layihə və təşəbbüslərində, xüsusilə də aktiv və sağlam yaşlanma üzrə Avropa İnnovasiya Tərəfdaşlığında (AHA üzrə EIP) iştirakına kömək etməkdir. Seminarın ikinci hissəsində, ŞT ölkələrində Elektron səhiyyənin vəziyyətinin ətraflı təhlilinin nəticələri təqdim və müzakirə ediləcək. Müzakirələrin nəticələrinə əsasən ŞT regionu üzrə elektron səhiyyə sahəsində uyğunlaşdırma prosesinə dair təlimatlar və standartların hazırlanması üçün istiqamət müəyyənləşdiriləcək.