EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin görüşündə ümumi təlimatlar, COVID-19 və ölkə üzrə qabaqcıl təcrübələr diqqət mərkəzində olacaq

  • Tarix: 03/06/20 – 03/06/20
  • Paylaş:

İyunun 3-də EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsinin heyəti şəbəkənin iclası keçiriləcək. Tədbirdə altı Şərqi tərəfdaş ölkəsindən şəbəkənin üzvləri iştirak edərək elektron səhiyyə sahəsində görülən işləri və hər bir ölkə üzrə qabaqcıl təcrübələri müzakirə edəcəklər. 

Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin işçi heyəti ümumi təlimatların uzlaşdırılması və uyğunlaşdırılması ilə bağlı fikirlərini bildirəcək və ilkin tövsiyələrini bölüşəcəklər. Bundan əlavə, EU4Digital təşəbbüsünün etimad və təhlükəsizlik şəbəkəsinin nümayəndəsi, etimad və təhlükəsizlik komandasının apardığı qiymətləndirmələrdən irəli gələn hüquqi və texniki cəhətlərə diqqət yetirərək rəqəmsal etimad xidmətinin yetkinlik səviyyəsinin qiymətləndirilməsinin nəticələrini təqdim edəcək.

Şəbəkənin iclasında həmçinin Şərq Qonşuluğu və Aİ-də epidemioloji məlumatların uyğunlaşdırılması kimi mövzular vasitəsilə mövcud COVID-19 böhranına da toxunulacaq. Şərqi tərəfdaş ölkələri əvvəlki seminarlarda müzakirə edilən tədbirlərin davamı olaraq böhranla mübarizə sahəsində ən yaxşı və qabaqcıl təcrübələri bölüşəcəklər.

Tədbirin ikinci hissəsi elektron səhiyyə üzrə əməkdaşlıq platformasına və regionun AHA üzrə EIP proqramında iştirakına həsr olunacaq. Əməkdaşlıq platforması, Elektron səhiyyə şəbəkəsinin maraqlı tərəfləri üçün əməkdaşlıq və məlumat mübadiləsi məqsədilə istifadə edilməsi nəzərdə tutulur və görüş zamanı platforma ilə əlaqədar görüləcək gələcək tədbirlər haqqında məlumat veriləcək. Ardınca Şərqi tərəfdaş ölkəsinin AHA üzrə EİP təşəbbüslərində iştirakı ilə bağlı tövsiyələr, eləcə də əvvəlki qiymətləndirmələrin nəticələri təqdim ediləcəkdir.

Tədbirin yekununda tərəfdaş ölkələrdən olan iştirakçılar öz ölkələrində elektron səhiyyə sahəsində əldə edilmiş qabaqcıl təcrübələri təqdim edəcəklər. Müzakirə ediləcək bütün məsələlər Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlığı gücləndirməklə yanaşı, tərəfdaş ölkələrin Aİ proqramlarında iştirakını da artıracaq.