EU4Digital: elektron səhiyyə şəbəkəsinin iclasında Şərqi tərəfdaş ölkələrində COVID-19 ilə mübarizə üzrə texnoloji həllər diqqət mərkəzində olub

  • Tarix: 10/06/20
  • Paylaş:

EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsi tərəfindən təşkil olunan iclasda COVID-19 və bu infeksiyaya dair statistik məlumatların paylaşılması, o cümlədən pandemiyanın idarə olunması ilə əlaqədar qabaqcıl təcrübələr müzakirə olunub.

İyunun 3-də keçirilən onlayn iclas zamanı, Avropa Komissiyasının rəsmisi COVID-19 ilə əlaqədar məlumatların toplanması sahəsindəki mövcud fəaliyyətlərdən, xüsusən ECML COVID-19 internet səhifəsindəki COVID-19 üzrə statistik məlumatlar panelinin doldurulması üçün istifadə olunan müxtəlif məlumat toplama metodlarından və məlumat növlərindən söz açıb. Şərq Tərəfdaşlığı ölkələri rəsmilərinə böhranın idarə edilməsi ilə bağlı həmin ölkələrdə tətbiq olunan texnoloji həllər haqqında məlumat vermək imkanı yaradılıb və bir neçə ölkə rəsmisi yoluxma hallarını izləmək üçün epidemioloji məlumat panelindən istifadə olunduğunu qeyd edib və həmin panelləri nümayiş etdirib.

Gürcüstan rəsmisi gündə iki dəfə yenilənən mərkəzləşdirilmiş COVID-19 monitorinq sistemini, eləcə də mobil tətbiqlərdən istifadə vasitəsilə əlaqələrin izlənilməsi kimi digər texnoloji həlləri (mobil tətbiqlərin istifadəçi sayı gözlənildiyi qədər yüksək olmasa da) və risk qruplarına dərmanların çatdırılması üçün Elektron resept platformasının Gürcüstan Poçt xidmətinin (Georgia Post) imkanları ilə birləşdirilməsi ilə əlaqədar yüksək effektiv və innovativ təcrübəsini təqdim edib. Elektron resept platformasından istifadə, Tbilisi şəhərinin hüdudlarından kənarda, yəni ölkənin digər regionlarında da qeydə alınmışdır.

Belarus rəsmisi böhranın idarə olunmasında dövlət və özəl sektor arasında əməkdaşlığın vacibliyini vurğulayaraq məsafədən səhiyyə (Telemedicine) və Elektron resept kimi mövcud infrastrukturun təkrar istifadəsi, habelə epidemioloji məlumat panelinin hazırlanması ilə bağlı bu ölkənin təcrübəsini bölüşüb.

Ukraynada COVID-19 virusuna yoluxma hallarının qeydiyyatı üçün mövcud Elektron sağlamlıq kartı sisteminin, həmçinin xəstəliyə dair statistik məlumatlar üzrə onlayn epidemioloji məlumat panelinin funksionallığı artırılmışdır. Bu yüksək effektiv yanaşma, mövcud və hal-hazırda ölkədə fəaliyyət göstərən Elektron səhiyyədə qarşılıqlı əlaqələrin gücləndirilməsinə dair platformanın tədricən və sürətli genişləndirilməsinə əsaslanır.

Azərbaycanda isə ölkənin səhiyyə sisteminə və xəstəxanaların idarə edilməsi sisteminə inteqrasiya olunmuş və xəstələrin vəziyyətini müəyyənləşdirmək üçün xəstəxanalarda istifadə olunan, COVID-19 virusunun yayılmasının izlənilməsi üçün ayrıca proqram təminatını hazırlanıb. Bu ölkədə böhranın idarə edilməsinə cavabdeh olan qurum üçün pandemiyanın izlənilməsi paneli istifadəyə verilib və bu xüsusi modul ölkənin öz İT imkanlarından istifadə edilərək qısa bir zaman ərzində həyata keçirilmişdir.

Moldovada epidemioloji məlumatlar çoxsaylı mənbələrdən toplanaraq ictimaiyyət üçün açıq olan COVID-19 məlumat panelinə daxil edilir, bu da COVID-19 infeksiyasının bölgə və şəhər səviyyələrində yayılması haqqında məlumatları, habelə yaş, cins və s. kimi cəhətləri vizual şəkildə əks etdirir. Bu sistem yüksək riskli ərazilər haqqında ətraflı məlumatlara əsaslanır və insanlara yüksək riskli ərazilərə getməmək barədə tövsiyələr olunur. Səhifədən istifadə nisbəti çox yüksək olmuşdur (mart ayından etibarən ~ 1,600,000 fərdi ziyarətçi).

Ermənistanda da COVID-19 ilə mübarizə üçün müxtəlif tətbiqlər hazırlanıb.

Aİ və Şərqi tərəfdaş ölkələri nümayəndələrini bir araya gətirən EU4Digital təşəbbüsünün elektron səhiyyə şəbəkəsinin iclasında məlumat mübadiləsi, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrindən məlumatların Aİ məlumat panelinə daxil edilməsinə imkan yaradılıb.

Görüşdə müzakirə edildiyi kimi, hökumətlər tərəfindən qoyulan müxtəlif məhdudiyyətlər tədricən aradan qaldırıldığı üçün milli və xüsusən regional səviyyədə epidemioloji məlumatları əks etdirən panellər vətəndaşlara səyahət riskləri ilə bağlı seçimləri daha yaxşı qiymətləndirmək imkanı verir.

Daha çox öyrən

Elektron səhiyyə şəbəkəsinin iclası COVID-19 üzrə statistika paneli

COVID-19 üzrə statistika paneli: spesifik yoluxma xəritəsi

COVID-19 üzrə statistika paneli: yoluxma nisbəti xəritəsi