Gələcək fəaliyyətləri və COVID-19 xəstəliyinin müalicəsində qabaqcıl təcrübələri müzakirə etmək üçün mayın 6-da EU4Digital Proqramının Elektron səhiyyə şəbəkəsi altı Şərqi tərəfdaşlıq ölkəsindən olan elektron səhiyyə şəbəkəsinin üzvlərinin iştirakı ilə virtual tədbir təşkil edir. Avropa Komissiyası bu fürsətdən istifadə edərək (post) pandemiya dövründə təhlükəsiz səyahət üçün nəzərdə tutulmuş “Yaşıl sertifikatlar” haqqında bu yaxınlarda dərc olunmuş məqaləni təqdim etməyi planlaşdırır.
Tədbirin ilk hissəsində EU4Digital təşəbbüsünün Elektron səhiyyə şəbəkəsi tərəfindən gələcək tədbirlər haqqında qısa məlumat veriləcək. Bu müzakirənin ardınca Avropa Komissiyasının nümayəndəsi sözügedən komissiyanın Yaşıl sertifikatlar üzərində işini təqdim edəcək. Bu rəqəmsal sertifikatlar aşağıdakı şəxslərə təqdim olunur:
- COVID-19 virusuna qarşı peyvənd olunan şəxslərə
- testin cavabı neqativ olan şəxslərə və ya
- COVID-19 virusuna yoluxaraq sağalan şəxslərə.
Tədbirin ikinci hissəsində EU4Digital Proqramının Elektron səhiyyə istiqamətinin rəhbəri peyvəndləmə prosesinə dəstək vermək və səhiyyə sahəsində COVID-19 ilə bağlı problemləri aradan qaldırmaq üçün rəqəmsal həllərin tapılmasında Aİ-nin təcrübəsindən söz açacaq. Tədbirin sonunda Elektron səhiyyə şəbəkəsinin hər bir Şərqi tərəfdaşlıq ölkəsindən olan nümayəndəsi COVID-19 ilə bağlı elektron səhiyyədə görülən tədbirlər və ölkələrindəki peyvəndləmə prosesi haqqında məlumat verəcəcək.