EU4Digital proqramı İKT və innovasiyalar sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarına dair təlim keçirib

  • Tarix: 08/09/20
  • Paylaş:

EU4Digital proqramı 2020-ci il avqustun 20-də İKT və innovasiyalar sahəsində çalışan qadınlar üçün mentorluq proqramlarına dair virtual təlim keçirib.

Təlim zamanı “Women Go Tech” proqramının direktoru Diana Cesonite texnologiya ilə əlaqəli iş yerlərinin, tədbirlərin və təşəbbüslərin qadınlar üçün daha əhatəli hala gətirilməsi və növbə ilə daha çox qadının texnologiya sahəsinə cəlb edilməsi barədə fikirlərini bölüşüb.

Qadınların texnologiya sektoruna marağını artırmaq üçün ən tanınmış çıxış yollarından biri mentorluq proqramlarının tətbiq edilməsidir, çünki bu yolla qadınların yüksək texnologiyalı iş yerlərinə inteqrasiyasını uğurla həyata keçirmək və bu prosesi optimallaşdırmaq üçün dərin fikir və karyera məsləhəti təmin etmək mümkündür.

Təlimdə qadınların mentorluğunda qabaqcıl təcrübələr təqdim olunub, o cümlədən daha çox qadının texniki və mövcud təşəbbüslərə cəlb olunması imkanları barədə fikirlər səsləndirilib. Aşağıdakı mövzularda qrup müzakirələri aparılıb:

  • STEM proqramına erkən marağın yaradılmasına dəstək;
  • Texnlogiya sektorunda qadınların işə qəbulu ilə bağlı qərarlar ilə əlaqəli gizli qərəzlərin aradan qaldırılması;
  • Qadınlar üçün iş yerlərinin daha inklüziv edilməsi;
  • Qadınlar üçün karyera imkanlarının yaradılması;
  • Texnologiya sektorunda nümunəvi qadın modellərinin və mentorların müəyyən edilməsi;
  • Texnologiya sahəsində əmək haqqı bölgüsündə qeyri-bərabərliyin aradan qaldırılması.

Seminar zamanı Şərqi tərəfdaşlıq ölkələrindən 15-dən çox mütəxəssis qrup müzakirələrində iştirak etmiş və qadınların texnologiya sektorunda qarşılaşdıqları maneələr və çətinliklər, eləcə də seminar ərzində təqdim olunan prinsiplərin qəbul  edilməsi vasitəsilə qadınların yüksək texnoloji işlərdə iştirakını artırmaq üçün mövcud təşəbbüslər barədə fikirlərini bölüşüblər.

İştirakçılar STEM ilə əlaqəli sahələrdə çalışan qadınlara qarşı bəzi qərəzli münasibətlərin hələ də mövcud olduğunu və ölkələrində texnologiya sahələrində çalışan kişilər və qadınlar arasında gender bərabərsizliyinin mövcud olduğunu qeyd ediblər.  Bununla belə qadınların texnologiya sektorunda iştirakını artırmaq üçün gənc qızlar və qadınlar üçün nəzərdə tutulmuş mentorluq proqramları və STEM üzrə təbliğat kampaniyaları kimi bir neçə təşəbbüs və təcrübə mövcuddur. Texnologiya sahəsində çalışan qadınları bir araya gətirən və həmin qadınların bu sahədə karyera qurmaqda maraqlı olan digər qadınlar üçün nümunə rolunu oynamasına imkan yaradan bir neçə şəbəkə var.

EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili və Şərqi tərəfdaşlıq ölkələrində milli koalisiyaların yaradılması kimi bir sıra fəaliyyətlər vasitəsilə rəqəmsal bacarıqların inkişafına və İKT-də innovasiyalara dəstək verir. Women Go Tech: https://www.womengotech.lt/