EU4Digital proqramı İKT və innovasiyalar sahəsində qadınlar üçün mentorluq proqramlarına dair təlim keçirir

  • Tarix: 20/08/20 – 20/08/20
  • Paylaş:

EU4Digital proqramı 2020-ci il avqustun 20-də İKT və innovasiyalar sahəsində qadınlar üçün mentorluq proqramlarına dair virtual təlim keçirir.

Təlimin məqsədi Aİ-nin qadınlar üçün mentorluq təşkilatlarının praktiki təcrübəsini və qadınların mentorluq proqramlarının həyata keçirilməsində qabaqcıl təcrübəsini mübadiləsi etmək, o cümlədən EU4Digital proqramı tərəfindən həyata keçirilməsi planlaşdırılan qadın mentorluq proqramının fəaliyyəti ilə tanış olmaqdır. Mentorluq proqramları, təklif etdiyi dəstək, qadınlarda özünə inam yaratması və karyera planının inkişafını sürətləndirməsi səbəbindən daha çox qadını texnologiya ilə əlaqəli işə cəlb etməyin yolu hesab olunur.

Aİ-də, rəqəmsallaşdırma əsrində qadınların aktiv rolu iqtisadi inkişafı və cəmiyyətdə iştirakçılığı dəstəkləmək üçün prioritet hesab edilir. Bu məqsədlə Aİ-də bir sıra təşəbbüslər həyata keçirilib. Buraya Qadınlar rəqəmsal paneldə 2019, Rəqəmsal texnologiyalarda qadınların iştirakına dair üzv dövlətlərin öhdəliyi üzrə bəyannamə və İnkluziv korporativ mədəniyyət bəyannaməsi daxildir.

2018-ci ildə Şərqi tərəfdaş ölkələrində STEM proqramlarının məzunları arasında qadınların sayı sabit olaraq 20%-dən aşağı olaraq qalmışdır. STEM proqramlarının məzunları arasında qadınların sayında ən böyük göstərici 16% olmaqla Gürcüstanda qeydə alınıb. İKT sahəsində qadın məzunlarının sayında ən yüksək göstərici Azərbaycanda (46%), ən aşağı göstərici isə Ukraynada (18%) qeydə alınmışdır.

Təlim seminar əsaslı olacaq və aşağıdakıları əhatə edəcəkdir:

  • Giriş: Litvada texnologiya ilə əlaqəli iş sahələrində qadınların sayını artırmaq üçün “Women Go Tech” proqramının yanaşması;
  • Aşağıdakı mövzularda qrup müzakirələri:
    • STEM proqramlarına erkən marağın yaradılması;
    • Texnlogiya sektorunda qadınların işə qəbulu ilə bağlı qərarlar ilə əlaqəli gizli qərəzlərin aradan qaldırmaq;
    • Texnologiya sahəsində çalışan qadınlar üçün iş yerlərinin daha inklüziv şəraitin yaradılması;
    • Qadınlar üçün karyera imkanlarının yaradılması;
    • Texnologiya sektorunda nümunəvi qadın modellərinin və mentorların müəyyən edilməsi;
    • Texnologiya sahəsində əmək haqqı bölgüsündə qeyri-bərabərliyin aradan qaldırılması.

Sözügedən təlim EU4Digital proqramının rəqəmsal bacarıqlar tematik sahəsi çərçivəsində keçirilir və buraya rəqəmsal bacarıqlar mövzusunda Aİ və Şərqi tərəfdaş ölkələri arasında ən yaxşı təcrübə mübadiləsini dəstəkləmək üçün bir sıra təlimlər, konfranslar və səfərlər daxildir. Təlimlər üzrə prioritetlər 2020-ci il aprelin 29-da baş tutan seminar zamanı Rəqəmsal bacarıqlar şəbəkəsi tərəfindən müəyyən edilmişdir.

EU4Digital proqramı, qanunvericilər və təlim təminatçıları üçün təlimlərin, konfransların və Aİ-yə üzv ölkələrə tanışlıq xarakteri daşıyan səfərlərin təşkili və Şərqi tərəfdaş ölkələrində milli koalisiyaların yaradılması kimi bir sıra fəaliyyətlər vasitəsilə rəqəmsal bacarıqların inkişafına və İKT-də innovasiyalara dəstək verir.

Daha çox öyrən

Qeydiyyat linki

Women Go Tech