EU4Digital Proqramı “Şərqi tərəfdaşlıq ölkələrində İKT sahəsində sahibkarlıq ekosisteminin qurulması və stimullaşdırılması üzrə bələdçi” hazırlayıb.

  • Tarix: 13/05/21
  • Paylaş:

EU4Digital Proqramı, altı Şərq Tərəfdaşlığı ölkəsində İKT sahəsində sahibkarlıq ekosistemlərinin qurulması və inkişafının sürətləndirilməsi üçün bir baza hazırlayıb və hər ölkənin bu sahədəki yetkinliyini qiymətləndirən bələdçi, eləcə də ölkə səviyyəsində ekosistemin inkişafına dair tövsiyələr təmin edib.

Sahibkarlıq ekosistemi nədir

Sahibkarlıq ekosistemi, milli və beynəlxalq miqyasda dövlət və özəl müəssisələrin birliyi kimi başa düşülür. Bu ekosistem yeni şirkətlərin yaradılmasını təşviq edir və onların bilik, maliyyə, bazar və resurslara çıxışını təmin edərək uğur qazanmalarına şərait yaradır. Bununla da şirkətlər gəlirlərini eyni ekosistemə sərmayə qoymağa həvəsləndirilir və nəticə etibarilə iqtisadi rifahı və sənaye sahələrinin inkişafını stimullaşdırmış olurlar. İKT sahəsindəki ekosistemlər əsasən innovasiyalar, yeni biznes modellərinin, məhsulların və xidmətlərin, o cümlədən daha rəqabətli və səmərəli bazarların yaradılmasına və müştəri məmnuniyyətinin yaxşılaşdırılmasına yönəlib.

Bələdçi haqqında

Sözügedən bələdçidə tərəfdaş ölkələrdə İKT sahəsində sahibkarlıq ekosistemi üzrə maraqlı tərəflərin (pedaqoqlar, investorlar, fasilitatorlar və əlaqələndiricilər) fəaliyyət göstəriciləri qiymətləndirilir. Ən əsası isə bələdçidə praktiki fəaliyyətlər, təxmini zaman çərçivəsi, büdcə və lazımi təcrübə daxil olmaqla ölkə səviyyəli təhlillər və tövsiyələr də verilib.

Bələdçini hazırlayan ekspertlər ekosistemlərin yetkinliyini və maraqlı tərəflərin fəaliyyətini maliyyə, bilik, bazar və resurslara (xidmət vasitələri) çıxış imkanı kimi bir neçə inkişaf elementi vasitəsilə qiymətləndirmək üçün xüsusi metodologiya işləyib hazırlayıb və tətbiq ediblər. Bələdçi bir neçə ictimai mənbədən məlumat toplamaqla yanaşı, Şərqi tərəfdaşlıq ölkələrində İKT və innovasiyalar şəbəkəsinin maraqlı tərəfləri, mütəxəssislər, təhsil işçiləri, investorlar və başqaları ilə çoxsaylı görüşlər və məsləhətləşmələr aparmaqla hazırlanmışdır.

Maliyyəyə çıxışın təmin edilməsi

Startapların davamlı böyüməsi, ekosistem iştirakçılarını (yerli maraqlı tərəflər və startaplar) dəstəkləmək üçün verilən maliyyədən çox asılıdır. Şərqi tərəfdaşlıq ölkələrində investisiya potensialı baxımından EU4Digital proqramının daha əvvəl hazırladığı “Şərqi tərəfdaşlıq ölkələrində Rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüs (DİSC) ilə bağlı bazarın qiymətləndirilməsi” adlı tədqiqat texnologiyalar sahəsində fəaliyyət göstərən startapların maliyyələşməsində problemlərin olduğunu təsdiq etmişdir. Bu problemləri aradan qaldırmaq üçün İKT sahəsindəki sahibkarlıq ekosistemlərinin inkişafı üzrə bələdçi, investisiya potensialının artırılması üçün tövsiyələrin hazırlanmasına kömək etmişdir.

Bu tövsiyələrin həyata keçirilməsi üçün vasitələrdən biri, EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin mütəxəssisləri tərəfindən işlənib hazırlanmış regional müəssisə fondu ŞT DISC Kapitalı hesab olunur. Bu fondun altı Şərqi tərəfdaşlıq ölkəsində ideyadan böyümə mərhələsinə qədər texnologiya sahəsində fəaliyyət göstərən startaplar üçün maliyyə və biliklərə çıxış imkanı təqdim etməsi nəzərdə tutulur.

Mövcud mərhələdə EU4Digital proqramı sözügedən fondun fəaliyyətə başlaması üçün tender prosesinə başlamaq məqsədilə beynəlxalq maliyyə təşkilatının seçilməsində Avropa Komissiyasına dəstək verəcək. ŞT DISC Kapitalı müəssisəsinin yaxın illərdə fəaliyyətə başlaması gözlənilir.

Maraqlı tərəflərin mövqeyi 2021-ci ilin fevral ayında EU4Digital tərəfindən təşkil edilən və İKT sahəsində sahibkarlıq ekosisteminin təhlili və tövsiyələrin ölkə səviyyəsində təqdimatları zamanı Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflər innovatorlar və pedaqoqların sahibkarlıq düşüncəsi

istiqamətində çalışmasına ehtiyacın olduğunu vurğulayıblar. Bu məqsədlə, maraqlı tərəflər sahibkarlıq ekosistemlərində daha çox böyüməsində mühüm rol oynayan bir neçə komponent müəyyən ediblər. Buraya elmi-tədqiqat müəssisələrinin fəaliyyətləri vasitəsilə təhsil imkanlarının inkişafı və ortaq proqramlar vasitəsilə digər ölkələrin qabaqcıl təcrübələrinin uyğunlaşdırılması daxildir. Tövsiyələrin icrası üçün investisiya və fəaliyyətlərdəki şəffaflığın vacibliyini vurğulayan maraqlı tərəflər hökumətin əlaqələndirici rol oynadığını və ən yaxşı ekosistem qurucularını gücləndirdiyini diqqətə çatdırıblar.

Növbəti tədbirlər

EU4Digital proqramı İKT sahəsində sahibkarlıq ekosistemlərinin inkişafının sürətləndirilməsində tərəfdaş ölkələrə dəstək təmin etməyi nəzərdə tutur. Növbəti mərhələlərdə EU4Digital Proqramı yerli ekosistemlərin inkişafına cəlb olunan yerli hökumət orqanları, Aİ nümayəndəlikləri və digər dövlət qurumları ilə müzakirələrə başlamağı planlaşdırır. Burada məqsəd, tövsiyələrin ölkə səviyyəsində həyata keçirilməsi üçün lazımi vasitələrin müəyyənləşdirilməsidir.

Bələdçini EU4Digital proqramının kitabxanasından yükləmək üçün buraya keçin.

EU4Digital ŞT DİSC Müəssisə kapitalı fondunun və İKT sahəsində sahibkarlıq potensialı ekosisteminin gücləndirilməsi üzrə bələdçinin layihəsinin hazırlanması vasitəsilə yüksək texnologiyalar sahəsində çalışan startaplara dəstək verəcək

EU4Digital proqramı Şərqi tərəfdaş ölkələrində rəqəmsal innovasiyalar və miqyasın artırılmasına dair təşəbbüsü ilə bağlı bazarın qiymətləndirilməsini həyata keçirir