EU4Digital, Şərq Tərəfdaşlığı ticarət panelində Elektron ticarət ilə bağlı pilot layihələrə diqqət çəkib

  • Tarix: 29/09/20
  • Paylaş:

EU4Digital proqramı, 2020-ci il sentyabrın 22-də ilk dəfə olaraq video konfrans formatında təşkil olunan Şərq Tərəfdaşlığı ticarət panelində iştirak edərək layihənin Elektron ticarət sahəsində icra etdiyi pilot layihələr çərçivəsində əldə etdiyi nailiyyətlərə diqqət çəkib.

ŞT ticarət paneli üç əsas sahəni əhatə edib:

  1. Aİ ilə və ŞT ölkələri arasında ticarət axınlarını artırmaq məqsədi daşıyan ŞT Ticarət üzrə kömək masasının cari vəziyyəti.
  2. Aİ-də Səlahiyyətli iqtisadi operatorlar proqramı (AEO), onun faydası və kriteriyalarına dair məlumatlılığın artırılması.
  3. 2021-də ildə keçirilməsi planlaşdırılan ŞT Sammitinə hazırlıq işləri haqqında məlumat və 2020-ci ildən sonrakı dövrdə ticarət sahəsində Şərq Tərəfdaşlığının praktiki nəticələri üzrə gözləntilər.

“Ticarətin gücləndirilməsinə dəstək məqsədi daşıyan İT həllər” mövzusunda iclas zamanı EU4Digital proqramının komanda rəhbəri Arturos Piliponis Elektron ticarət tematik istiqaməti çərçivəsində icra olunan texniki pilot layihələrinin cari vəziyyəti haqqında təqdimat keçirib:

  • Elektron çatdırılma: sınaq fazası artıq icra olunmağa başlayıb, 2020-ci il oktyabrın 9-da isə Elektron çatdırılma kanalı vasitəsilə Ukrayna və Polşa arasında transsərhəd faktura məlumatlarının mübadiləsi ilə bağlı pilot layihənin icrasına başlanılması gözlənilir.
  • Elektron gömrük: Pilot layihə üzrə hazırlıq tədbirləri hal-hazırda davam edir və 2020-ci il noyabrın əvvəllərində Belarus Respublikası və Litva arasında pilot layihənin icrasına başlamaq nəzərdə tutulub.

Bundan əlavə, tədbirdə Rəqəmsal Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı yol xəritəsi də təqdim olunmuşdur. Tədbir zamanı təqdim olunan materiallarla buradan tanış ola bilərsiniz.