EU4Digital Proqramının İKT və innovasiyalar şəbəkəsi istehsalat sahəsində fəaliyyət göstərən KOB-ların rəqəmsallaşdırılmasını dəstəkləyən I4MS şəbəkəsi ilə bağlı virtual tur təşkil edir

  • Tarix: 30/09/21 – 30/09/21
  • Paylaş:

EU4Digital təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrindən olan maraqlı tərəflərin iştirakı ilə Aİ-nin istehsalat sahəsində fəaliyyət göstərən KOB-lar üçün İKT və innovasiyalar təşəbbüsünə (I4MS) qoşulmasına dəstək olmaq üçün virtual tur təşkil edir. Tədbir 2021-ci il sentyabrın 30-da proqramın Koordinasiya Komitəsinin illik iclası ilə paralel olaraq baş tutacaq.

Sessiya iştirakçıları istehsalat sahəsində fəaliyyət göstərən KOB-ların və orta ölçülü şirkətlərin rəqəmsallaşdırılmasını dəstəkləyən Avropa təşəbbüsü olan I4MS nümayəndələri ilə daha praktik söhbətə dəvət olunacaqlar. Bu şəbəkə daha əvvəl EU4Digital proqramının İKT və innovasiyalar şəbəkəsinin nümayəndələri tərəfindən “KOB-ların rəqəmsal transformasiyasını dəstəkləyən səlahiyyət mərkəzləri, platformalar, alətlər və xidmətlərin inkişafına imkan yaratmaq üçün Aİ-nin Rəqəmsal İnnovasiya Mərkəzləri ilə şəbəkələrin qurulması”mövzusunda təşkil edilən xüsusi şəbəkə tədbiri zamanı təqdim edilib.

Sentyabrın 30-da təşkil edilən məsləhətləşmələr, potensial olaraq yerli istehsal KOB-larına və ixtisaslaşmış texnoloji təcrübəyə malik mükəmməllik mərkəzlərinə dəstək verə biləcək biznes assosiasiyaları kimi Şərq Tərəfdaşlığı ölkələrindən xüsusi olaraq seçilmiş təşkilatların nümayəndələri üçün nəzərdə tutulub. Tədbirin məqsədi, maraqlı tərəflərə xüsusi bir məkan vasitəsilə I4MS icmasına qoşulmağa kömək etmək və onlara xüsusi xidmətlərdən necə istifadə etmək barədə məsləhət verməkdir.

Virtual tura I4MS nümayəndələri və EU4Digital proqramının İKT və innovasiyalar üzrə qrup rəhbəri Anna Pobol rəhbərlik edəcək. Tur aşağıdakı mövzuları əhatə edəcək: I4MS onlayn icmasına qoşulmaq, vasitəçilik sisteminin təqdimatı və layihələrə qoşulmaq və təlim imkanları. Bundan əlavə, Ukrayna Sənaye Avtomatlaşdırma Birliyinin (AIAU) baş direktoru Aleksandr Yurçak Ukraynada I4MS şəbəkəsinin əlaqə mərkəzinin fəaliyyəti ilə bağlı öz təcrübəsini bölüşəcək.

Tədbirin əsas məqsədi Şərq Tərəfdaşlığı ölkələrindən olan təşkilatların I4MS şəbəkəsinə inteqrasiyasını dəstəkləmək və rəqəmsal transformasiya üçün maliyyə və təcrübəyə çıxış əldə etmək üçün region KOB-ları üçün daha çox imkanlar təmin etməkdir. I4MS-in fəaliyyəti, imkanları və uyğunluq meyarları ilə bağlı ətraflı və əlavə məlumat üçün aşağıya baxın.