EU4Digital İKT-nin innovativ inkişafı mövzusunda ikinci şəbəkələşmə tədbirini keçirir
Tarix:
08/10/20
EU4Digital təşəbbüsü hər il keçirilən Koordinasiya komitəsinin iclası ilə eyni vaxtda İKT-nin innovativ inkişafı mövzusunda ikinci şəbəkələşmə tədbirini keçirir. Tədbir virtual iclas formatında məsafədən təşkil ediləcək.
Tədbirdə biznes mələkləri və müəssisə kapitalının (fərdlər və assosiasiyalar) Aİ və qlobal şəbəkələrə inteqrasiyası məsələsi və Şərq Tərəfdaşlığı regionunda rəqəmsal sahədə fəaliyyət göstərən KOM-ların maliyyələşdirmə imkanlarının artırılması müzakirə ediləcək.
Tədbirə Aİ-dən bir sıra işgüzar dairələrin, biznes mələklərin və kraudfandinq şəbəkələrinin nümayəndələri dəvət edilib. Onlar Şərq Tərəfdaşlığı regionunda mümkün əməkdaşlıq imkanlarına dair dəyərli təklif və planlarını təqdim edəcəklər. Nəticə etibarilə sözügedən tədbir, Şərqi tərəfdaşlıq ölkələrindəki təşkilatların Aİ şəbəkələri və platformalarına inteqrasiyasına kömək etmək, regiondakı ticarət şəbəkələri və birlikləri ilə Avropalı ortaqları arasında əməkaşlıqların qurulmasına və bu sahədə çalışanların potensialının gücləndirilməsinə yönəlmişdir.
Tədbir, maliyyəyə çıxış məsələsinin bir neçə cəhətini əhatə edəcək müxtəlif iclaslardan ibarət olacaq:
İnnovasiya və biznesə dəstək ekosistemləri şəbəkələrinin yaradılması
Biznes mələkləri və müəssisə kapitalı assosiasiyaları arasında şəbəkələrin yaradılması
Kraudfandinq ekosistemləri arasında şəbəkələrin qurulması
İclaslarda Aİ-nin əsas tərəfdaşlarının bu sahədəki təqdimatları, sual-cavab panelləri və aşağıdakı təşkilatlar tərəfindən mümkün əməkdaşlıq barədə müzakirələr aparılacaq:
Avropa Biznes və İnnovasiya Mərkəzi Şəbəkəsi (EBN)
Avropa Biznes Mələkləri Şəbəkəsi (EBAN)
Biznes Mələkləri Avropa (BAE)
Avropa Kraudfandinq Şəbəkəsi (ECN)
Tədbirin ətraflı proqramına buradan baxmaq olar. Daha ətraflı məlumat tədbirin keçiriləcəyi tarixə qədər təqdim olunacaq.
Tədbiqin müxtəlif sessiyalarında aparıcı qismində iştirak edəcək natiq və moderatorların siyahısı:
Anna Pobol, EU4Digital təşəbbüsünün İKT və innovasiyalar üzrə aparıcı mütəxəssisi
Çus Lozano, Avropa İnovasiya Şurasında İKT üzrə strateji məsləhətçi və “IT Enterpreneur” şirkətinin baş icraçı direktoru
Devid Uhlir, Avropa Biznes və İnnovasiya Mərkəzi Şəbəkəsinin (EBN) prezidenti və Cənubi Moraviya İnnovasiya Mərkəzində baş strateji əməkdaş
Luka Maini, Avropa Biznes və İnnovasiya Mərkəzi Şəbəkəsində (EBN) Keyfiyyət və Tədqiqat üzrə vəzifəli şəxs
İnna Petrenko, Ukrayna KOM-ların inkişafı dövlət qurumunda (SMEDO) məsləhətçi
Jakopo Losso, Avropa Biznes Mələkləri Şəbəkəsi (EBAN) Katibliyinin rəhbəri
Jan Debets, Biznes Mələkləri Avropa-da (BAE) əməliyyatlar üzrə rəhbər
Oliver Gajda, Avropa Kraudfandinq Şəbəkəsinin (ECN) icraçı direktoru
Otar Qorqodze, Gürcüstan Milli Bankı maliyyə və nəzarət texnologiyasının inkişafı şöbəsinin rəhbəri
Tədbirin proqramını və daha ətraflı məlumatı buradan tapa bilərsiniz.
—–
İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirləri İKT-nin innovativ inkişafı mövzusunda şəbəkələşmə tədbirlərinin məqsədi İKT-nin innovativ inkişafına dair seçilmiş siyasət sahələrində ŞT icmalarının təsis edilməsinə şəraitin yaradılmasıdır.
Regionda şəbəkələrin qurulması ilə yanaşı, tədbirlərin məqsədi gələcəkdə davamlı ortaq fəaliyyət və layihələrin həyata keçirilməsi üçün Şərqi tərəfdaşlıq ölkələrində olan təşkilatlar ilə Aİ-də olan maraqlı tərəflər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasıdır. Bu səylər Aİ-nin qabaqcıl təcrübələrinin regiondakı maraqlı tərəflər tərəfindən bütövlüklə və daha dərindən anlaşılmasına yönəlmişdir. Beləliklə, silsilə tədbirlər nazirliklərin nümayəndələri və dövlət orqanları səviyyəsində, assosiasiyalar və müvafiq siyasət sahələrini əhatə edən şəbəkələr, İKT infrastrukturunda çalışan təşkilatlar və İKT-innovasiyalar ekosistemindəki digər iştirakçılar daxil olmaqla geniş bir auditoriyanı əhatə etməyi qarşısına məqsəd qoyub.
İnternet səhifəsinin istifadəsini yaxşılaşdırmaq, səhifədə naviqasiyasını gücləndirmək və səhifədən istifadəni təhlil etmək üçün bu səhifədə kukilərdən istifadə edirik. Bütün kukiləri qəbul et düyməsinə basmaqla kukilərdən istifadəmizə razılıq verirsiniz.
Kuki siyasətində hansı kukilərdən istifadə etdiyimiz haqqında daha ətraflı öyrənə və ya kuki parametrlərinizi tənzimləyə bilərsiniz.
Funksionallıq kukiləri
İnternet səhifəsinin işləməsi üçün vacib olan funksionallıq ilə bağlı kukilər. Bu kukilər, internet səhifəsinin fəaliyyətini ölçmək və təcrübənizi təkmilləşdirmək, eləcə də seçdiyiniz parametrləri yadda saxlamağa kömək edir.
If you disable this cookie, we will not be able to save your preferences. This means that every time you visit this website you will need to enable or disable cookies again.
Reklam/hədəfləmə kukiləri
Daha yaxşı fərdiləşdirilmiş xidmət təqdim etmək və (reklam kukilərində olduğu kimi) reklam kampaniyaları apardığımız üçüncü tərəflər tərəfindən təyin edilmiş və sizə uyğun reklamlar təmin etməyə imkan verən, o cümlədən istifadəçi fəaliyyətini və ziyarət müddətini izləmək üçün istifadə etdiyimiz reklam/hədəfləmə kukiləri. Bunlar istəyə bağlı kukilərdir və istifadəçilər istənilən vaxt onlardan imtina edə bilərlər.