

Əsas səhifə / Xəbərdar olun / Son xəbərlər
EU4Digital elektron kommersiyaya dair məlumatların virtual anbar vasitəsilə avtomatlaşdırılmış şəkildə mübadiləsi üçün yeni layihənin icrasına başlayır
Tarix: 28/05/21
EU4Digital pilot ölkələrdə pərakəndə satıcıları, bazarları, karqo şirkətlərini və gömrük orqanlarını dəstəkləmək, o cümlədən məhsulların xaricdə satılmasına və transsərhəd çatdırılma üçün şəraitin yaradılmasına yönəlmiş virtual anbarların təsis olunmasını dəstəkləmək məqsədilə elektron kommersiya sahəsində pilot layihənin icrasına başlayıb.
Azərbaycanda taxta materialdan əl ilə hazırlanmış aksesuarların satışı ilə məşğul olan ISAR Group şirkəti sözügedən virtual anbar vasitəsilə Almaniyaya məhsul satıb. Yerli satıcıya Azexport adlı milli elektron kommersiya platforması dəstək verib.
Gürcüstanda fəaliyyət göstərən və qadınlar tərəfindən idarə olunan iki şirkət – uşaq geyimləri istehsal edən RKO şirkəti və Funduki adlı ekoloji təmiz hədiyyələr istehsal edən şirkət də virtual anbar vasitəsilə xaricə məhsul satmağı bacarıb.
Ermənistanda corab istehsalı ilə məşğul olan Zeal Socks şirkəti də yaxın günlərdə Almaniyaya məhsullarını sata biləcək.
Pilot layihənin məqsədi nədir
Sözügedən pilot layihə may ayında Cənubi Qafqazda yerləşən üç Şərq Tərəfdaşlığı ölkəsi olan Ermənistan, Azərbaycan və Gürcüstan ilə Almaniya arasında həyata keçirilməyə başlayıb. Elektron kommersiya sahəsinə dair pilot layihənin məqsədi KOB-ları aşağıdakı vasitələrlə dəstəkləməkdir:
- Elektron kommersiya ekosistemini gücləndirmək və elektron kommersiyanın həcmini artırmaq;
- Məlumatlılığı artırmaq və 2021-ci ildə Aİ-də tətbiq olunan Elektron kommersiya üzrə ƏDV paketinə hazırlaşmağa kömək etmək;
- Transsərhəd elektron kommersiya sahəsindəki mövcud problemləri aradan qaldırmaq;
Bundan əlavə, EU4Digital proqramının pilot layihəsinin məqsədi Gürcüstanda qadınlar tərəfindən idarə olunan sahibkarlıq müəssisələrinin Aİ ilə elektron kommersiya sahəsində əməkdaşlığını dəstəkləməkdir.
EU4Digital proqramının pilot layihəsi haqqında ümumi məlumatı və məqsədi barədə buradan oxuyun.
Pilot layihənin icrası haqqında
Pilot layihə zamanı Şərqi tərəfdaşlıq ölkələrindən olan satıcılar aşağıdakıları yerinə yetiriblər:
- Məhsulun virtual anbarda yerləşdirilməsi. Satıcılar məhsullarını Almaniyada onlayn satışa çıxarmaq üçün yeni təsis edilmiş milli virtual anbarlardan istifadə edirlər. Satıcılar məhsulları bazarda yerləşdirmək və gömrük məqsədləri üçün məhsulları təsvir etmək üçün mərkəzləşdirilmiş məhsul siyahısı yaradırlar.
- Məhsulların siyahısının Almaniya bazarında yerləşdirilməsi. Növbəti mərhələdə məhsulların bazarda satışa çıxarılması üçün virtual anbarda olan uyğunlaşdırılmış məhsul siyahısı Almaniya eBay platformasına ötürülür.
Məhsulun alınması. eBay-da satınalma baş verdikdən sonra, pilot layihədəki.
- virtual anbar avtomatik olaraq gömrük, idxal rüsumları, nəqliyyatın və məhsulun təhlükəsizliyi ilə bağlı sənədləşmə üzrə icbari və lazımi məlumatları real vaxt rejimində yaradır.
- Məhsul haqqında məlumat mübadiləsi. Yaradılmış məlumatlar pilot texnoloji həll tərəfindən logistika və nəqliyyat təminatçısına ötürülür və həmin təminatçılar məhsulların alıcıya çatdırılmasını həyata keçirirlər. Bu yolla satıcılar məhsul haqqında məlumatı yalnız virtual anbara daxil edir və virtual anbarlar öz növbəsində əməliyyatı başa çatdırmaq üçün həmin məlumatı bölüşürlər.
AZƏRBAYCAN
Layihə zamanı Azırbaycanda fəaliyyət göstərən “ISAR” MMC taxta materialdan hazırlanmış masaüstü orqanayzer satıb və həmin məhsul 5 gün ərzində alıcıya çatdırılıb. Çatdırılma başa çatana qədər Almaniyadakı alıcı internet vasitəsilə aldığı məhsulu izləmək imkanına malik olub.

GÜRCÜSTAN
Gürcüstandan pilot layihədə qadınlar tərəfindən idarə olunan iki şirkət iştirak edib. Uşaq geyimlərinin istehsalı ilə məşğul olan RKO şirkəti 100% əl il toxunulmuş yaxa sata bilib. Funduki adlı ev üçün ekoloji cəhətdən təmiz hədiyyələr şirkəti isə bel çantası satmağı bacarıb.Hər iki məhsulun alıcıya 1-2 həftə ərzində çatdırılması gözlənilir.

ERMƏNİSTAN
Ermənistanda yerləşən Zeal Socks corab istehsalı şirkəti də may ayının sonunda pilot layihəyə qoşularaq məhsullarını Almaniyaya sata biləcək.
Elektron kommersiya üzrə pilot layihənin gələcəkdə təşviqi
2021-ci ilin iyul ayından etibarən poçt və gömrük məlumatlarının rəqəmsal formata keçməsi səbəbindən məhsul haqqında məlumatların rəqəmsal mübadiləsi Aİ-də icbari qaydada həyata keçirilməyə başladı. Pilot layihədə tətbiq olunan virtual anbar vasitəsilə satıcılar məhsullar haqqında rəqəmsal məlumatları yalnız bir dəfə daxil edir və virtual anbarlar bu məlumatların poçt və gömrüklə mübadiləsini asanlaşdırır.
EU4Digital proqramı “Ecommerce Europe”-a üzv olan və Almaniyada yerləşən 30 000-dən artıq kiçik və orta sahibkarlıq müəssisəsi (KOB) tərəfindən dəstəklənən Alman assosiasiyası ilə əməkdaşlıq edir. Almaniyalı tərəfdaşlar davamlı olaraq layihə ilə əməkdaşlıq edir və bununla da layihəni təşviq edir və texnoloji həllin gələcəkdə daha geniş istifadəsinə maraq göstərirlər.
Növbəti tədbirlər
Növbəti addım olaraq EU4Digital proqramı, virtual anbarın Şərq Tərəfdaşlığı regionda elektron kommersiya sahəsini necə dəstəkləyə biləcəyini araşdırmaq üçün iyun ayının əvvəlində Azərbaycan və Gürcüstan arasında pilot layihənin icrasına başlayır. Pilot layihə başa çatdıqdan sonra onun istehsal sahəsində tətbiqi və digər Şərqi tərəfdaşlıq ölkələrində həyata keçirilməsi üçün EU4Digital proqramının işçi heyəti lazımi hüquqi, təşkilati və texniki dəyişikliklər barədə növbəti tövsiyələrini təmin edəcək.
- Azərbaycan
- Ermənistan
- Gürcüstan
- Elektron ticarət
Daha çox xəbər
17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu

17/09/2023
Yeni Twitter hesabı vasitəsilə EU4Digital ilə müzakirələrə siz də qoşulun
Yay tətilinin bitməsinə az qalıb və Şərq Tərəfdaşlığında rəqəmsallaşdırma sahəsindəki fəaliyyətlərə rəhbərlik…
Daha çox oxu
08/09/2023
EU4Digital Aİ və ŞT-də elektron kommersiya sahəsinə dair hesabat hazırlayıb
EU4Digital proqramı Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində elektron kommersiya sahəsi üzrə Aİ-nin əsas parametrlər…
Daha çox oxu
06/09/2023
Qaçırmayın! EU4Digital Şərq Tərəfdaşlığında rəqəmsal transformasiya mövzusunda tədbirlər təşkil edəcək
Rəqəmsal texnologiyalar sahəsindəki yeniliklər, gələcək layihələr və Şərq Tərəfdaşlığı üzrə siyasət proqramı h…
Daha çox oxu