EU4Digital proqramı tərəfindən elektron səhiyyə sahəsi üzrə strategiyaların hazırlanmasına həsr olunmuş görüş keçirilib

  • Tarix: 10/01/22
  • Paylaş:
2021-ci il dekabrın 30-da EU4Digital proqramının elektron səhiyyə şəbəkəsi elektron səhiyyə sahəsi üzrə strategiyaların hazırlanmasına həsr olunmuş görüş keçirib. Bu tədbir cari il üçün nəzərdə tutulmuş elektron səhiyyə üzrə əməkdaşlığa həsr olunmuş tədbirlərdən beşincisidir. Tədbirin məqsədi altı Şərq Tərəfdaşlığı ölkəsində Elektron səhiyyə şəbəkəsinin üzvlərini bir araya gətirmək və elektron səhiyyə sahəsi üzrə strategiyaların hazırlanması ilə bağlı əməkdaşlıq imkanları təmin etməkdir. Tədbirin ilk hissəsində EU4Digital proqramının Elektron səhiyyə şəbəkəsinin nümayəndələri digər ölkələrdən olan nümayəndələri 2022-ci ildə elektron səhiyyədə qarşılıqlı fəaliyyət üzrə bələdçinin icrasının gedişatı üzrə keçiriləcək tədbirlər haqqında qısa məlumat veriblər. Tədbirin bu hissəsindən sonra proqramının Elektron səhiyyə şəbəkəsinin əsas strateji istiqamətlərlə bağlı elektron səhiyyə strategiyasının işlənib hazırlanmasına dair tövsiyələrdən ibarət təqdimatı dinlənilib. Şərq Tərəfdaşlığı ölkələrində elektron səhiyyə sahəsində həll edilməsi tələb olunan real maneələrə əsaslanaraq, EU4Digital proqramının işçi heyəti elektron səhiyyə ekosisteminin ardıcıl və qarşılıqlı fəaliyyət göstərə bilən altı əsas komponentini müəyyən etmişdir. Hər bir əsas komponentin təqdimatından sonra elektron səhiyyə sahəsində mövcud olan problemləri aradan qaldırmağa kömək edəcək tövsiyələr verilmişdir. Tədbirin ikinci hissəsində EU4Digital proqramının elektron səhiyyə üzrə uzunmüddətli eksperti Dok. Enrike Martins Avropada (Avstriya, Çexiya, Danimarka, Estoniya, Litva, Niderland Krallığı, Norveç, İspaniya, Portuqaliya) elektron səhiyyə üzrə strategiyalar ilə bağlı yeniliklər haqqında qısa məlumat verib. Bu ölkələrdə elektron səhiyyə strategiyaları müxtəlif meyarlar üzrə müqayisə edilib. Buraya qanunvericilik və təşkilati yanaşma, məsafədən səhiyyə xidməti, xəstəyə aid məlumatlara çıxış, qarşılıqlı fəaliyyət üzrə eHDSI, səhiyyə məlumatı standartları və Səhiyyə müəssisəsinin (IHE) inteqrasiyası profillərinin istifadəsi, tibbi diaqnostik təsvirlər (PACS), transsərhəd elektron səhiyyə xidmətinin tətbiqi və dövlət sektoru xidmətləri ilə qarşılıqlı fəaliyyət daxildir. Tədbirin yekun hissəsində Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri elektron səhiyyə sahəsinin inkişafı üzrə milli strateji planları nəzərdən keçirməyə və planlaşdırılan əsas fəaliyyət istiqamətləri haqqında qısa məlumat verməyə dəvət olunublar. Elektron səhiyyə şəbəkəsinin Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan nümayəndələri öz strateji planlarını və prioritetlərini bölüşüblər. Elektron səhiyyə sahəsində qarşılıqlı fəaliyyət və uyğunlaşdırılma ilə bağlı ümumi təlimatlar https://eufordigital.eu/az/library/common-guidelines-for-ehealth-harmonisation-and-interoperability/