EU4Digital proqramının şəbəkə tədbirində rəqəmsal bacarıqların təşviqinə dair kampaniyanın planı ilə bağlı razılığa gəlinib

  • Tarix: 01/03/21
  • Paylaş:

2021-ci il fevralın 26-da EU4Digital proqramı Rəqəmsal bacarıqlar şəbəkəsinin tədbirini keçirib. Tədbirdə rəqəmsal bacarıqların təşviqinə dair kampaniyanın əsas prinsipləri təqdim olunub və Şərqi tərəfdaşlıq ölkələrinin nümayəndələri ilə razılaşdırılıb.

Gələcəkdə keçiriləcək təlimlər, konfranslar və tanışlıq xarakteri daşıyan səfərlər haqqında da qısa müzakirələr keçirilib. Adı çəkilən ölkələri təmsil edən nümayəndələr ilə tədbirlərin təxmini vaxtı təsdiqlənib.

Təbliğat kampaniyasının 2021-ci ilin may ayının əvvəlində həyata keçirilməsi planlaşdırılır. Kampaniya rəqəmsal bacarıqlarla əlaqəli fəaliyyətlərin əsas benefisiarlarını aşkara çıxararaq EU4Digital proqramının bütün Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal bacarıqlar sahəsinə müsbət təsirini göstərəcək. Sözügedən kampaniya həmçinin rəqəmsal bacarıqların artırılmasının zəruriliyi və faydaları barədə məlumatlılığın artırılmasına kömək edəcək.

EU4Digital proqramının Kommunikasiya heyətinin qatıldığı qızğın müzakirələrdə hər bir ölkə üzrə nümayəndələr rəqəmsal bacarıqlarla əlaqəli fəaliyyətlərə dair fikirlərini və qabaqcıl təcrübələrini bölüşüblər. Əvvəlki şəbəkə tədbirində ölkə nümayəndələri tərəfindən seçilmiş “STEM və İKT-də gənclər” kampaniyanın əsas hədəfidir və ölkələrdə müəyyən edilmiş qabaqcıl təcrübələr EU4Digital proqramının gənclər arasında rəqəmsal bacarıqların təşviqindəki səylərini və uğurlarını vurğulamaq məqsədi daşıyır. EU4Digital proqramı, təlimlərin, konfransların və şəbəkə tədbirlərinin təşkili kimi bir sıra fəaliyyətlər vasitəsilə Şərqi tərəfdaşlıq ölkələrində rəqəmsal bacarıqların inkişafına və İKT və innovasiyaların inkişafına dəstək verir.